Azərbaycan çağırış etdi

SİYASƏT
00:37 15.05.2013
2151
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Daimi Şurasının Vyanada keçirilən iclasında çıxış edib. Nazir çıxışında hazırkı Helsinki +40 prosesini ATƏT-nin möhkəmlənməsi üçün istifadə etməyə çağırıb.O həmçinin təşkilata üzv ölkələri ATƏT məkanındakı dondurulmuş münaqişələrin daha geniş müzakirəsini təşkil etməyə çağırıb. “Azərbaycan hesab edir ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün potensial hələ tükənməyib”, deyə E. Məmmədyarov qeyd edib.ATƏT-in Minsk qrupunun formatının “canlanmasının” vacibliyini vurğulayan Elmar Məmmədyarov üzv ölkələrini “danışıqlar xətrinə danışıq” aparmağa yox, daha konkret müzakirələr təşkil etməyə çağırıb.Elmar Məmmədyarov bəyan edib ki, Azərbaycan ATƏT qarşısındakı öhdəliklərinə sadiq qalaraq, təşkilatın monitorinq qrupunu ölkədə keçiriləcək prezident seçkilərinə dəvət etmək niyyətindədir.Azərbaycan XİN rəhbəri ölkənin ATƏT-in Bakı ofisinin statusuna yenidən baxmaq niyyətində olduğunu təkrar bəyan edərək, qeyd edib ki, ofisin işi layihələrin əlaqələndirilməsindən ibarət ola bilər.
//APA

OXŞAR XƏBƏRLƏR