‘Azərbaycan cəmiyyəti hələ ki özünün gələcəyi ilə bağlı qərar vermək iqtidarında deyil’ - Deputat

SİYASƏT
16:51 19.09.2013
1456

“Əhali demokratik bir dəyişim istədiyini ortaya qoya biləcək görüntü vermir”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında  Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa söyləyib. 

Deputat 9 oktyabrda keçiriləcək prezident seçkiləri zamanı əhalinin seçkilərə olan marağının aşağı səviyyədə olduğunu söyləyib. F.Mustafanın sözlərinə görə, Azərbaycan cəmiyyəti hazırda öz gələcəyi ilə bağlı qərar vermək iqtidarında olmadığını göstərir:

“Əsas odur ki, Azərbaycan əhalisinin tələbi nədir, əhali nə istəyir. Əhali demokratik bir dəyişim istədiyini ortaya qoya biləcək görüntü vermir. Ona görə də ayrı-ayrı çıxışlar, ayrı-ayrı həyəcanlar əhalinin düşüncəsinə, yaşam tərzinə, fikir dəyişiminə səbəb olacaq bir yenilik gətirmir. Bu baxımdan məncə, Azərbaycan cəmiyyəti hələ ki özünün gələcəyi ilə bağlı qərar vermək iqtidarında deyil. Buna görə də siyasətçilərin fikirləri cəmiyyətin sifarişi kimi qəbul edilə bilməz”.

Əfsələddin Ağalarov 

OXŞAR XƏBƏRLƏR