"Azərbaycan cəmiyyəti Ukraynanın yanındadır" - Deputat

"Azərbaycan cəmiyyəti Ukraynanın yanındadır" - Deputat
Siyasət
17:55 02.03.2022
753
"Ukraynada hətta mülki insanların yaşadığı ərazilər də bombardman edilir. Heç cür buna haqq qazandırmaq mümkün deyil”.
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.
 
Deputat qeyd edib ki, hər iki tərəf özünün haqlı olduğu ilə bağlı kifayət qədər arqumentlər ortaya qoyub: "Hər iki tərəf özünün haqlı olduğu ilə bağlı kifayət qədər arqumentlər ortaya qoyub. Lakin görünən odur ki, hazırda Ukrayna Rusiyanın hücumuna məruz qalıb. Ukrayna ərazisində müharibə gedir. Təkcə Rusiyanın təhlükəsizlik kəməri kimi Luqansk və Donetskin müstəqilliyinin tanınması və onların təhlükəsizliyinin təmin olunması deyil, Kiyevə qədər hücum əməliyyatları gedir. Rusiya nüvə silahı istisna olmaqla bütün arsenalındakı imkanlardan istifadə edir.
 
Ukraynada hətta mülki insanların yaşadığı ərazilər də bombardman edilir. Bu, əlbəttə, qəbul edilən deyil. Heç cür buna haqq qazandırmaq mümkün deyil. İstənilən arqument bu təcavüzün qarşısında acizdir. Ukrayna da bu gün müstəqil dövlət kimi öz varlığını qoruyub saxlamaq üçün mübarizə aparır. Onun apardığı müharibə müdafiə müharibəsidir. Öz ərazisini, suverenliyini, dövlət müstəqilliyini qoruyub saxlamaq üçün xalqın aparmış olduğu ədalətli müharibədir. Təbii ki, Azərbaycan cəmiyyəti Ukraynanın yanındadır. Ona humanitar yardım və aksiyanın keçirilməsində fəal iştirak edir. Eyni zamanda dövlətimiz də bununla bağlı özünün ənənəvi humanist siyasətinə sadiq qalaraq Ukraynaya humanitar yardım etmək üçün addımlar atıb”. 
 
Deputatın sözlərinə görə, indiki vəziyyətdə heç bir tərəf geri çəkilmək istəmir: "ABŞ, Avropa Ukraynayla bərabərdir. Rusiyanın birbaşa hərbi təcavüzünün yanında Belarus da yer alır. Bu da fakt kimi özünü sübut edir. Başqa bir tərəfdən isə Çin artıq Rusiyanın yanında yer almaqdadır. Ona bu və ya digər şəkildə Rusiyanı iqtisadi çətinlikdən çıxarmaq üçün təzyiqlərini ortaya qoyub. Bəzi ölkələr də Rusiyaya qarşı özünün simpatiyasını göstərməkdədir. Ən azı Ukraynanın yanında deyil, onların dilindən sülhə çağırışı eşitmirik. İndi xoşagəlməz vəziyyət inkişaf etməkdədir. Dəqiq proqnoz vermək çətindir. Rusiyanın da, Ukraynanın da arqumentlərinə görə, geri çəkilmək şansları görünmür”.
 
Aydın Nuri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Partlayış olan binanın sakinlərinə müvəqqəti yaşayış üçün kirayə haqqı ödəniləcək
13:10 28.08.2025
Partlayış olan binanın sakinlərinə müvəqqəti yaşayış üçün kirayə haqqı ödəniləcək
Baş nazir: Ermənistan vaxtı gələndə Aİ və Aİİ arasında seçim edəcək
13:07 28.08.2025
Baş nazir: Ermənistan vaxtı gələndə Aİ və Aİİ arasında seçim edəcək
Tarixdə bu gün - 28 avqust nə günüdür?
13:07 28.08.2025
Tarixdə bu gün - 28 avqust nə günüdür?
“Həsən Bəy Zərdabi əlini çiynimə qoydu və dedi ki...” – Jurnalist Aygün Hüseyn yazır...
12:53 28.08.2025
“Həsən Bəy Zərdabi əlini çiynimə qoydu və dedi ki...” – Jurnalist Aygün Hüseyn yazır...
Prezident qəbul keçirdi - FOTOLAR
12:49 28.08.2025
Prezident qəbul keçirdi - FOTOLAR
Rusiyada neft emalı zavodlarına dron hücumları edildi
12:45 28.08.2025
Rusiyada neft emalı zavodlarına dron hücumları edildi
Tanınmış teleaparıcı "Azəriqaz"a səsləndi: "Kartlarınız əhaliyə əziyyət, işgəncə vermək üçündür?"
12:36 28.08.2025
Tanınmış teleaparıcı "Azəriqaz"a səsləndi: "Kartlarınız əhaliyə əziyyət, işgəncə vermək üçündür?"
Naxçıvan şəhər Sukanal İdarəsi Müştəri İnformasiya Sistemləri proqramına keçir
12:23 28.08.2025
Naxçıvan şəhər Sukanal İdarəsi Müştəri İnformasiya Sistemləri proqramına keçir
"Prezidentin müsahibəsi regional təhlükəsizlik arxitekturasında formalaşan reallıqları əks etdirir"
12:16 28.08.2025
"Prezidentin müsahibəsi regional təhlükəsizlik arxitekturasında formalaşan reallıqları əks etdirir"
Kənd məktəbində rekord: 15 şagirdin 14-ü yüksək balla tələbə oldu
12:03 28.08.2025
Kənd məktəbində rekord: 15 şagirdin 14-ü yüksək balla tələbə oldu
Tanınmış ginekoloq vəfat etdi - FOTO
11:53 28.08.2025
Tanınmış ginekoloq vəfat etdi - FOTO
Valideynlərin işgəncəyə məruz qoyduğu azyaşlılardan biri Bakıya gətirildi - vəziyyəti ağırdır
11:48 28.08.2025
Valideynlərin işgəncəyə məruz qoyduğu azyaşlılardan biri Bakıya gətirildi - vəziyyəti ağırdır
26 ölkə lideri Çində qələbə paradında iştirak edəcək
11:29 28.08.2025
26 ölkə lideri Çində qələbə paradında iştirak edəcək
Azərbaycanın Venesueladakı səfiri etimadnaməsini Nikolas Maduroya təqdim etdi
11:10 28.08.2025
Azərbaycanın Venesueladakı səfiri etimadnaməsini Nikolas Maduroya təqdim etdi
Şad xəbər: Azərbaycanda bu şəxslərə ev veriləcək
10:57 28.08.2025
Şad xəbər: Azərbaycanda bu şəxslərə ev veriləcək
Məşhur meyxanaçı Azərbaycandan getdi
10:54 28.08.2025
Məşhur meyxanaçı Azərbaycandan getdi