Azərbaycan Güləş Federasiyası yerli miqyasa yarışların keçirilməsi zamanı asayişin qorunmasını gücləndirmək qərarına gəlib.
Azerisport.az xəbər verir ki, növbəti ildən yerli miqyasda keçiriləcək bütün yarışlara əlavə polis qüvvələri cəlb ediləcək.Bu qərar son ölkə çempionatı zamanı baş vermiş xoşagəlməz hadisədən sonra qəbul edilib.
Xatırladaq ki, o zaman yarış iştirakçılarından birinin dostları bıçaqla başqalarına xəsarət yetirmişdi.