Azərbaycan çempionatları tarixinin ən uzun məğlubiyyətsiz seriyaları - SİYAHI

İDMAN
19:26 17.04.2023
281
Futbol üzrə Azərbaycan çempionatları tarixində ən uzun məğlubiyyətsiz seriyalar açıqlanıb.
 
AZXEBER.COM Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, ötən gün "Qarabağ"ın 49 matçlıq seriyası qırılıb.

XXX turda "Sabah"a 1:2 hesabı ilə uduzan "köhlən atlar" 1997/1998 mövsümündə yenilmədən çempionluq sevinci yaşayan "Kəpəz"in rekordunu təkrarlaya bilməyib.

Mövsümdə ilk dəfə məğlub olan Ağdam təmsilçisi Premyer Liqada 49 oyundan sonra xalsız qalıb.

Bu 49 matçlıq seriya Azərbaycan çempionatları tarixinin mütləq rekordudur. Yarışda 6 dəfə bir komanda 25-dən artıq görüşdə 3 xal əldə edib.

Ən uzun məğlubiyyətsiz seriyalar:

1. "Qarabağ” – 49 (2021-23)

2. "Qarabağ” – 31 (2018-19)

3. "Kəpəz” – 28 (1997-98)

4. "Turan” – 27 (1992-93)

5-6. "Şəmklr” – 26 (2000-01)

"Neftçi” – 26 (2003-04)

Bu qarşılaşmada həm də "Sabah”ın "Qarabağ”la matçlarda ilk qələbəsi qeydə alınıb. Əvvəlki 18 oyunda 6 heç-heçə və 12 məğlubiyyəti olan bakılılar uğursuz seriyanı 19-cu dueldə qırıb.
OXŞAR XƏBƏRLƏR