Azərbaycan çempionu braziliyalı müdafiəçini transfer edib

Azərbaycan çempionu braziliyalı müdafiəçini transfer edib
İDMAN
18:50 01.08.2022
322
UEFA Çempionlar Liqasında iştirak edəcək "Araz-Naxçıvan” klubu daha bir futzalçı ilə anlaşıb.

AZXEBER.COM xəbər verir ki, ölkə çempionu Martin Qimaraeş Junior Sinesio ilə müqavilə imzalayıb. Son klubu Qazaxıstanın "Atırau” klubu olan 27 yaşlı braziliyalının ampluası müdafiəçidir.

Qeyd edək ki, "Araz-Naxçıvan” bunadək Rövşən Hüseynli, Xəzər Ağalızadə, Cavad Məmmədov, Oqtay Rüstəmli, eləcə də braziliyalı Mateus Katatau, Varqas Amenqual Andreu, Joze Eduardo De Moura, Vitao və Viktor Uqo Piresa ilə müqavilə imzalayıb. Əvəzində karyerasını başa vuran Rizvan Fərzəliyev, eləcə də müqaviləsi başa çatan Murilo Borqes, Dmitri Bondarev, İsa Atayev, Xətai Bağırov və Maneka komandadan ayrılıb.
OXŞAR XƏBƏRLƏR