Bu gün futzal üzrə UEFA kubokunun elit-raundunda növbəti oyunlar keçiriləcək.
AZXEBER.COM-un məlumatına görə, turnirdə yeganə təmsilçimiz olan "Araz" klubu A qrupunda son matçına çıxacaq.
İlk görüşündə "Litija"ya 3:5, "Barselona"ya isə 1:7 hesabı ilə uduzan Joze Alesio da Silvanın komandası bu dəfə Xorvatiyanın "MNK Split" klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, qrupun digər matçında "Barselona" meydan sahibi "Litija" klubu ilə üz-üzə gələcək.
13 oktyabr
A qrupu
21:00. "MNK Split" (Xorvatiya) - Araz (Azərbaycan)
23:30. "Barselona" (İspaniya) - "Litija" (Sloveniya)