Azərbaycan öz ərazilərini işğaldan azad etməklə yalnız ədaləti bərpa etməyib, Cənubi Qafqazda sülh, sabitlik və inkişafa geniş yol açan yeni reallıq yaradıb.
AZXEBER.COM Trend-ə istinadən bildirir ki, bunu Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov deyib.
O bildirib ki, Azərbaycan və Ermənistanın sülh şəraitində yaşamasına alternativ yoxdur.
"Azərbaycan nümayiş etdirir ki, sülhə hazırdır. Azərbaycan gələcəkdə yeni müharibə, dağıntıları istisna edir", - deyə o bildirib.