Bolqarıstanın Sofiya şəhərində keçirilən cüdo üzrə açıq Avropa Kubokuna yekun vurulub.
Azərbaycan yığması son gündə daha bir medal əldə edib.
+100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Uşangi Kokauri bürünc medal qazanıb.
Cüdoçumuz 3-cü yer uğrunda görüşdə Ukrayna təmsilçisi Stanislav Bondarenkoya qalib gəlib.
Qeyd edək ki, qitə kuboku uğrunda turnirdə Avropanın 29 ölkəsindən 244 cüdoçu mübarizə aparıb. Azərbaycan cüdoçuları Sofiya turnirində 1 qızıl və 1 bürünc medal qazanıblar. Beynəlxalq turnirin ilk günündə Tofiq Məmmədov bütün rəqiblərinə qalib gələrək çempion olub.
oxu.az