Azərbaycan cüdoçusu Avropa çempionatında bürünc medal qazanıb

İDMAN
20:46 16.11.2024
218

Azərbaycan təmsilçisi Polşanın Pila şəhərində 23 yaşadək cüdoçular arasında keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

AZXEBER.COM xəbər verir ki, Ömər Rəcəbli (81 kq) üçüncü yer uğrunda görüşdə qalib gəlib.

Qeyd edək ki, daha əvvəl cüdoçularımızdan Fidan Əlizadə (57 kq) və Hüseyn Allahyarov (60 kq) qızıl, Aydan Vəliyeva (52 kq) gümüş, Rüfət Şövlətov (73 kq) isə bürünc medala sahib çıxıblar.

OXŞAR XƏBƏRLƏR