Azərbaycan cüdoçusu "Böyük Dəbilqə"də bürünc medal qazanıb

İDMAN
18:46 13.10.2024
436
Azərbaycan cüdoçusu Murad Fətiyev (90 kq) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təşkil olunan "Böyük Dəbilqə" turnirinin sonuncu günündə bürünc medal qazanıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, idmançı üçüncü yer uğrunda görüşdə Macarıstan təmsilçisi Peter Safraniyə qalib gəlib. Bu barədə Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, daha öncə Zelim Tçkayev (81 kq) qızıl medal qazanıb. Acelya Toprak (57 kq) isə bürünc medal əldə edib.

OXŞAR XƏBƏRLƏR