Orucov və Qasımov bir həftə öncə Tbilisidə Qran-pridə də qalib olublar.
Türkiyənin Samsun şəhərində Azərbaycanın cüdo üzrə yığmasının iştirak etdiyi Qran-pri turniri başa çatıb.AZXEBER.COM xəbər verir ki, bizim cüdoçular turnirdə üç medal qazanıblar. Qızıl medal Rüstəm Orucovun (73 kq) və Elmar Qasımovun (100 kq) aktivindədir, gümüş medalı isə Orxan Səfərov (60 kq) qazanıb.
Qeyd edək ki, Orucov və Qasımov bir həftə öncə Tbilisidə Qran-pridə qalib olublar, Samsun şəhərindəki qələbə ilə öz qızıl seriyalarını davam etdiriblər.