"Azərbaycan Dəmir Yolları" bugünki qərarını ləğv edib

"Azərbaycan Dəmir Yolları" bugünki qərarını ləğv edib
SOSİAL
15:37 28.09.2020
1042

Çoxsaylı müraciətləri nəzərə alaraq, Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlinə edilən dəyişiklik ləğv olunur. 

AZXEBER.COM xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, beləliklə Sumqayıtdan saat 19:35-də yola düşən  Sumqayıt-Pirşağı-Bakı, Bakıdan saat 20:30-da yola düşən Bakı-Pirşağı-Sumqayıt  elektrik qatarlarının  hərəkət qrafiki olduğu kimi saxlanılır.

OXŞAR XƏBƏRLƏR