“Azərbaycan Dəmir Yolları” QSC barəsində iş qaldırıldı

“Azərbaycan Dəmir Yolları” QSC barəsində iş qaldırıldı
SOSİAL
15:30 10.03.2022
391
Dövlət Xidməti dəmir yolu sahəsində xidmətlərin göstərilməsi ilə əlaqədar iş qaldırıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən AZXEBER.COM-a bildirilib.

Qurum tərəfindən dəmir yolu vasitəsilə xidmətlərin göstərilməsi sahəsində antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunması vəziyyəti üzrə araşdırmalar aparılıb.

Araşdırmalar nəticəsində vaqonların (əsas vəsaitlərin) icarəyə verilməsi, dəmir yolu daşımaları, habelə tarif və güzəştlərin tətbiqi ilə bağlı rəqabətin pozulması əlamətləri üzrə antiinhisar qanunvericiliyinə əsasən "Azərbaycan Dəmir Yolları” QSC barəsində iş qaldırılıb.
OXŞAR XƏBƏRLƏR