“Azərbaycan Dəmir Yolları”na maliyyə sanksiyası tətbiq olundu, məcburi göstərişlər verildi

“Azərbaycan Dəmir Yolları”na maliyyə sanksiyası tətbiq olundu, məcburi göstərişlər verildi
SOSİAL
00:03 14.07.2024
1786
Antiinhisar qanunvericiliyinin tələblərini pozduğu müəyyənləşdirildiyindən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən "Azərbaycan Dəmir Yolları” QSC-yə maliyyə sanksiyası tətbiq olunub və bir sıra icrası məcburi göstərişlər verilib.

AZXEBER.COM xəbər verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti rəqabət mühitinin qorunması, hökmran mövqedən sui-istifadə və inhisarçı davranışlarla mübarizə tədbirləri çərçivəsində müxtəlif bazarlarda rəqabət qanunvericiliyinin tələblərinə əməl olunmasına nəzarəti həyata keçirir.

Bu xüsusda təsərrüfat subyektlərindən daxil olan şikayətlər əsasında Dövlət Xidməti tərəfindən ekspeditor xidmətləri və konteyner daşımaları bazarında təsərrüfat subyektlərinin müstəqilliyinin əsassız olaraq məhdudlaşdırılması və onlara qarşı dempinqin tətbiqi üçün şərait yaradılması, müqavilələrin bağlanmasında ayrı-seçkiliyə yol verilməsi, kontragentə (qarşı tərəf) sərfəli olmayan müqavilə şərtlərinin məcburi qəbul etdirilməsi, bazarda rəqabətin məhdudlaşdırılmasına səbəb olan üfüqi və şaquli sazişlərin bağlanması, rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması əlamətləri ilə bağlı araşdırmalar aparılıb. Nəticədə, "Azərbaycan Dəmir Yolları" QSC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

İşə baxılma zamanı müvafiq sahədə təbii inhisar subyekti olan "Azərbaycan Dəmir Yolları” QSC tərəfindən müvafiq bazarda fəaliyyət göstərən təsərrüfat subyektlərinin yüklərin daşınması ilə bağlı verdiyi sifarişlərdən əsassız olaraq imtina edildiyi, tabeliyində olan təsərrüfat subyektinə yüklərin daşınması ilə bağlı dempinqin tətbiqi üçün şərait yaradıldığı və infrastrukturdan istifadə ilə bağlı xüsusi güzəştlərin tətbiq edildiyi aşkarlanıb. "Azərbaycan Dəmir Yolları” QSC tərəfindən qeyd edilən inhisarçı davranışlar nəticəsində bazarda fəaliyyət göstərən digər təsərrüfat subyektlərinin fəaliyyət və rəqabət imkanlarının məhdudlaşdırıldığı, təbii inhisar subyektinin tabeliyində olan törəmə müəssisələrinə birtərəfli rəqabət üstünlüklərinin qazandırıldığı müəyyənləşdirilib.

"Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulduğu əsas götürülərək "Azərbaycan Dəmir Yolları” QSC-yə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən 24 iyun 2024-cü il tarixində 246 241 manat məbləğində maliyyə sanksiyası tətbiq olunub və müvafiq bazarda sahə inhisarçılığı hallarının aradan qaldırılması məqsədilə bir sıra icrası məcburi göstərişlər verilib.

Qeyd edək ki, hazırda təbii inhisar subyektlərinin fəaliyyətinin əsasları 1 iyul tarixindən qüvvəyə minən Rəqabət Məcəlləsi ilə tənzimlənir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Robbi Kin: "Ferentsvaroş" və "Qarabağ" eyni gücdədir"
19:58 18.08.2025
Robbi Kin: "Ferentsvaroş" və "Qarabağ" eyni gücdədir"
Voronejdə azərbaycanlı iş adamı həbs edilib
19:55 18.08.2025
Voronejdə azərbaycanlı iş adamı həbs edilib
"Beşiktaş" futbolçusunu icarəyə verib
19:46 18.08.2025
"Beşiktaş" futbolçusunu icarəyə verib
Rusiya öz ampluasında - Dəyişməyən zehniyyət, "bulanıq suda balıq tutmaq" sevdası
19:34 18.08.2025
Rusiya öz ampluasında - Dəyişməyən zehniyyət, "bulanıq suda balıq tutmaq" sevdası
Ukrayna XİN: Vaşinqton görüşündən təhlükəsizlik zəmanətlərinin aydın izahını gözləyirik
19:26 18.08.2025
Ukrayna XİN: Vaşinqton görüşündən təhlükəsizlik zəmanətlərinin aydın izahını gözləyirik
"Mançester Yunayted"in baş məşqçisi son 16 ilin ən pis göstəricisinə imza atıb
19:13 18.08.2025
"Mançester Yunayted"in baş məşqçisi son 16 ilin ən pis göstəricisinə imza atıb
Aysun anası Rəqsanə İsmayılova ilə bağlı müraciət etdi - VİDEO
19:02 18.08.2025
Aysun anası Rəqsanə İsmayılova ilə bağlı müraciət etdi - VİDEO
Bağça müdiri olmaq istəyənlərin nəzərinə
19:00 18.08.2025
Bağça müdiri olmaq istəyənlərin nəzərinə
İngiltərə klubu yeni hücumçu transfer edib
18:39 18.08.2025
İngiltərə klubu yeni hücumçu transfer edib
“Azərbaycanın diplomatik münasibətlərinə valeh olmuşam, sanki min ildir qurulub” - İlbər Ortaylı - VİDEO
18:29 18.08.2025
“Azərbaycanın diplomatik münasibətlərinə valeh olmuşam, sanki min ildir qurulub” - İlbər Ortaylı - VİDEO
Trampın reytinqi Alyaskada Putinlə danışıqlardan sonra yüksəlib
18:24 18.08.2025
Trampın reytinqi Alyaskada Putinlə danışıqlardan sonra yüksəlib
Fələstinin Baş naziri: Qəzza üzrə müvəqqəti komitənin yaradılmasını elan edəcəyik
18:14 18.08.2025
Fələstinin Baş naziri: Qəzza üzrə müvəqqəti komitənin yaradılmasını elan edəcəyik
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər həbs edildi
17:54 18.08.2025
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər həbs edildi
Göygöldə şəhidin fotosuna hörmətsizlik edilib? - AÇIQLAMA - VİDEO
17:51 18.08.2025
Göygöldə şəhidin fotosuna hörmətsizlik edilib? - AÇIQLAMA - VİDEO
ABŞ-dən geniş nümayəndə heyəti sentyabrda Ukraynaya səfər edəcək
17:49 18.08.2025
ABŞ-dən geniş nümayəndə heyəti sentyabrda Ukraynaya səfər edəcək
Məşhurlardan Aysuna dəstək: "Hər zaman yanındayıq!"
17:44 18.08.2025
Məşhurlardan Aysuna dəstək: "Hər zaman yanındayıq!"