Azərbaycan diasporu Niderland parlamentinə petisiya ilə müraciət edib

SİYASƏT
13:22 26.02.2014
756
Niderlanddakı Azərbaycan diasporu bu ölkənin parlamentinə petisiya ilə müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Niderlandda fəaliyyət göstərən "Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyi və digər diaspor təşkilatları Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar Niderland parlamentinin Xarici işlər üzrə komissiyasının rəhbəri xanım A.Eijsink və komissiyanın digər üzvlərinə petisiya ilə müraciət edib.
Müraciətdə deyilir ki, Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasət insan haqları və azadlıqlarının kütləvi şəkildə pozulmasının nəticəsidir. 1992-ci ildə törədilmiş Xocalı qətliamı son 200 il ərzində erməni millətçilərinin azərbaycanlılara qarşı törətdiyi etnik təmizləmə və genosid siyasətinin bir nümunəsi olsa da, təəssüf ki, Ermənistan Respublikası törətdiyi bu cinayətlərə görə beynəlxalq təşkilatlar tərəfindən heç bir məsuliyyətə cəlb edilməyib. Azərbaycanın işğal olunmuş əraziləri idarəolunmaz hala gətirilib. Ermənistan insan haqlarının irimiqyasda pozulmasına yol verir.
Niderland parlamentinə edilmiş müraciətdə daha sonra Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunması, 200 mindən artıq azərbaycanlının öldürülməsi, 50 mindən çox insanın yaralanması, minlərlə Azərbaycan əsgərinin əsir düşməsi, bir milyon azərbaycanlının öz ölkəsində məcburi köçkünə çevrilməsi və bütün bunların kuliminasiyası olaraq 22 il əvvəl fevralın 25-dən 26-na keçən gecə erməni silahlılarının rus hərbi birləşmələri ilə birgə Azərbaycanın Xocalı şəhərində dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirdiyi qətliam haqqında təfərrüatlı məlumat verilir. Bir gecədə 613 nəfərin görünməmiş işgəncələrlə öldürülməsi, onların arasında qadın, uşaq, qocaların olması, yüzlərlə insanın əsir götürülməsi və itkin düşməsi müraciətdə əksini tapıb.
Petisiyada həmçinin vurğulanır ki, beynəlxalq hüquqa görə genosid sülhə və insanlığa qarşı törədilən cinayətdir: "Xocalı qətliamının öncədən planlaşdırıldığı və insanların etnik mənsubiyyətinə görə məhv edilməsinə yönəldiyi üçün bir daha təsdiq edir ki, bu cinayətlər beynəlxalq və milli hüquq normalarına əsasən soyqırım aktıdır. Ermənistan separatçıları tərəfindən törədilmiş vandalizm və zorakılıq cinayətləri genosid kimi qəbul edilməlidir".
Bu petisiya Niderland parlamenti ilə yanaşı, BMT-nin baş katibi və onun uşaqlar və silahlı münaqişələr üzrə xüsusi nümayəndəsinə, ATƏT üzvlərinə, Avropa Şurası və digər nüfuzlu beynəlxalq təşkilatlara göndərilib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:31 13.02.2025

HƏMAS-la İsrail arasında girov mübadiləsi bu tarixdə davam edəcək

15:26 13.02.2025

"Azərbaycanın regional sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir"

15:21 13.02.2025

"Bağıraraq danışan adamlar yalançı olur" - Cavidandan Əli Nura cavab

15:13 13.02.2025

Kirkorovun yenidən vergi borcu olduğu ortaya çıxdı

15:11 13.02.2025

"Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırdı

15:09 13.02.2025

Tehranda Üçüncü Xəzər İqtisadi Forumu keçiriləcək

15:03 13.02.2025

Yeni yaranan ulduzu görüntüləmək mümkün oldu - FOTOLAR

15:01 13.02.2025

"Televiziya auditoriyasının alıcılıq qabiliyyəti daha yüksəkdir" - Rolan Mammadlinski

14:49 13.02.2025

Bu ölkədə ev heyvanlarına pasport almaq məcburi oldu - FOTOLAR

14:48 13.02.2025

"Nike" və "Adidas"a rəqib olan məşhur geyim şirkəti iflas etdi

14:44 13.02.2025

Elnur Bağırov təbii inhisarçılarla "vuruşa" biləcəkmi yaxud "vuruşmaq" istəyəcəkmi?

14:42 13.02.2025

Ukraynada Poroşenko və bir sıra şəxslərə qarşı sanksiyalar tətbiq edildi

14:38 13.02.2025

Azərbaycan millisinin baş məşqçisi mükafata layiq görüldü

14:38 13.02.2025

"Qalatasaray" və "Fənərbağça"nın oyunları saat neçədə, hansı telekanalda?

14:37 13.02.2025

Münxendə avtomobil izdihamın üzərinə sürülüb, xəsarət alanlar var

14:36 13.02.2025

Alişan Sevgililər günündə həyat yoldaşına Ümrə ziyarəti hədiyyə etdi