Azərbaycan dünya çempionatına vəsiqə qazandı

İDMAN
00:09 06.01.2014
987
Bu gün Azərbaycan milli komandası qadın voleybolçular arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində həlledici oyununu keçirib. Qrupda son matçını Serbiyaya qarşı keçirən komandamız rəqibinə 3:2 hesabı ilə qalib gələrək dünya çempionatının finalına vəsiqə qazanıb.Gərgin keçən oyunun taleyi beşinci hissədə həll olunub. Bu hissədə 18:16 hesablı qələbə sayəsində Azərbaycan voleybolçuları qrupda birinci yeri tuta biliblər.
OXŞAR XƏBƏRLƏR