‘Azərbaycan dünyada dini tolerantlıq nümunəsidir’ - Deputat

SİYASƏT
15:21 26.11.2013
1335

“Bizim ölkə dünyada yeganə İslam ölkəsidir ki, burada ilk dəfə katolik kilsəsi inşa edilmişdi”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə söyləyib. Deputatın sözlərinə görə, Aərbaycanın tolerantlıq modeli müsəlman dünyası üçün örnək sayılmalıdır:

“Azərbaycanda tolerantlıq həyat tərzinə çevrilib. Ölkəmizdə hər zaman digər xalqların dini inanclarına, mədəniyyətlərinə hörmətlə yanaşılır. Bizim ölkə dünyada yeganə İslam ölkəsidir ki, burada ilk dəfə katolik kilsəsi inşa edilmişdi. Bu yaxınlarda Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə ölkədə olan bütün kilsələrin, məscidlərin, sneqoqların pulsuz qazla təmin olunmasına qərar verdi. Dini icmalarla bağlı çoxlu sayda işlərin görülməsi və ölkədə yaşayan insanların dini inanclarına dövlət dəstəyinin olması bu işin məntiqi nəticəsi oldu. Bu gün Azərbaycanda yaşayan xalqların milli, dini bayramlarının qeyd olunması üçün hər cür imkanlar yaradılıb. Buna görə də, Azərbaycan dünyada dini tolerantlıq nümunəsikimi böyük statusa layiq görülüb”.

Xatırladaq ki, ötən gün Azərbaycan dünyanın tolerant ölkələri beşliyinə daxil olub. Bu barədə beynəlxalq Venividi saytı tərəfindən beynəlxalq tolerantlıq günü ilə bağı hazırlanmış reytinqdə deyilir.

Reytinqdə qeyd olunub ki, dözümlülük səviyyəsinə görə, Asiya və Avropa dövlətlərinin əksəriyyətini qabaqlayan Azərbaycan dini tolerantlıq nümunəsi sayıla bilər. Əhalisinin 95 faizini müsəlmanlar təşkil etdiyi ölkə digər din və millətlərin sülh və rahat yaşamasını təmin edə bilərək həm də Avropa Parlamentinin vitse-prezidentindən tərif qazanıb.Saytda vurğulanıb ki, Azərbaycanın tolerantlıq modeli müsəlman dünyası üçün örnək sayılır. Bu gün Azərbaycanda çoxsaylı beynəlxalq konfrans və forumlar da fəal müzakirə olunur.Məlumatda deyilir: "Ölkə rəhbərliyi belə hesab edir ki, insanlar hansı dinə mənsub olduğundan asılı olmayaraq, bütün başqa mədəniyyətlərə, dinlərə, mənəvi dəyərlərə hörmət göstərməyə borcludurlar və hər bir ənənələrinə dözümlü olmalıdırlar.İsveç, Kanada, Argentina və Avstraliya da dünyanın tolerant ölkələrin beşliyinə daxildir.

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR