Azərbaycan düşməni vuracaq "uçan aparat" buraxır

Azərbaycan düşməni vuracaq "uçan aparat" buraxır
SİYASƏT
16:10 14.04.2017
960

 

Yaradılması Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində aparılan və artıq silahlanmaya tövsiyə olunan "Yalquzaq" snayper tüfənginin, xüsusi təyinatlı əl pulemyotunun, avtomatik qumbaraatan kompleksinin, əl qumbaraatanının, müxtəlif millimetrlik  avtomatların, F-1 tipli əl qumbarasının, atəş yığımının və s. məmulatların cari ildə seriyalı istehsalı nəzərdə tutulur.

MSN-nin tabeli müəssisələrində 2017-ci ilin birinci rübünün yekunlarına dair kollegiya iclasında bildirilib ki,hazırda, ötən il yaradılan, sınaqları uğurla başa çatdırılan və təqdimatı keçirildikdən sonra seriyalı istehsalına başlanılan "Zərbə-KM" (təsir gücü artırılmış qəlpəli-fuqaslı) pilotsuz uçuş aparatının yeni növü olan, düşmənin canlı qüvvəsini, hərbi texnikasını və hərbi obyektlərini 100 kilometrlik məsafədən tam müəyyən edən və məhv etmək gücündə olan "Zərbə-KH" (kumulyativ başlıqlı) pilotsuz uçuş aparatının yaradılması istiqamətində intensiv işlərə başlanılıb.
 
Qeyd olunub ki, eyni zamanda, iki istiqaməti -  zirehli texnika üzərində yerləşdirilmiş elektromaqnit impuls qurğusunun və yüksək impulslu elektromaqnit şüa verən aviasiya bombasının yaradılmasını  bir arada aparan yüksək güclü elektromaqnit impuls şüalanma layihəsi işlərinə başlanılıb.

 
///Apa
OXŞAR XƏBƏRLƏR