"Azərbaycan dövləti pandemiyanın geniş vüsət almasına imkan vermədi" - Millət vəkili

"Azərbaycan dövləti pandemiyanın geniş vüsət almasına imkan vermədi" - Millət vəkili
SİYASƏT
17:25 17.06.2020
1314
"Son günlərdə Ermənistanda siyasi və sosial-iqtisadi böhran daha da acınacaqlı vəziyyətə çatıb. Bütün dünya ölkələrini bürümüş pandemiya Ermənistan hökumətini tamamilə iflic vəziyyətinə salıb. İşğalçı ölkənin hakimiyyəti heç bir halda böhrandan çıxış yolu tapa bilmir. Ermənistan dövləti artiq kononavirusla bacarmadığını rəsmi şəkildə elan edib".
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli deyib.
 
O Azərbaycanın pandemiya ilə mübarizədə bir çox ölkəyə örnək olduğunu deyib: "Bizim dövlətimiz kifayət qədər önləyici tədbirlər gördü və pandemiyanın Azərbaycanda vüsət almasına imkan vermədi. Yəni hökümət tərəfindən kifayət qədər vəsait ayrılıb və kifayət qədər tibbi personal var. Xəstəxana və çarpayıların sayı da kifayət qədərdi.
 
Millət vəkili cəmiyyətdə pandemiyanın inanmayan insanların olduğunu da deyib: "Bizdə bir problem var ki, insanların bu virusa yanaşması fərqlidir. İnsanlar karantin günləri elan olunanda məcbur olub qaydalara əməl edirlər, ancaq qalan günlərdə "bu virus yoxdur, süni şəkildə yaradılır" kimi fikirlər irəli sürürlər. Bununla da insanları bu virusun doğurdan da olduğuna inanmağa qoymurlar. Təəssüf edərək deyə bilərəm ki, bununla da virusa yoluxanların sayının artmasına səbəb olurlar. Belə davam etsə sərt tədbirlər görülə bilər. Hər bir halda qaydalara əməl etmək lazımdır".
 
Günel Hüseynli
OXŞAR XƏBƏRLƏR