Azərbaycan əhalisinin qazancı açıqlandı - 16 milyard manat

Azərbaycan əhalisinin qazancı açıqlandı - 16 milyard manat
SOSİAL
10:50 20.05.2018
11395
2018-ci ilin yanvar-aprel aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,2 faiz artaraq 16 milyard 272,8 milyon manat olub.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, nominal gəlirlər əhalinin hər nəfərinə orta hesabla 1662,1 manat təşkil edib.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 14944,7 milyon manatlıq və ya əvvəlki ildəkindən 9,5 faiz çox vəsait qalıb.

OXŞAR XƏBƏRLƏR