Azərbaycan əhalisinin sayı artıb

Azərbaycan əhalisinin sayı artıb
SOSİAL
10:08 18.06.2026
138
Ölkə əhalisinin sayı 2026-cı il may ayının 1-i vəziyyətinə görə, 7 987 nəfər və ya 0.1 faiz artıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Belə ki, əhalinin sayı 10 milyon 270 min 338 nəfərə çatıb.
Ölkə əhalisinin 54.3 faizini şəhər, 45.7 faizini kənd sakinləri, 49.8 faizini kişilər, 50.2 faizini isə qadınlar təşkil edir.
OXŞAR XƏBƏRLƏR