“Azərbaycan ən təhlükəsiz dövlətlərdən biridir” - Vilayət Eyvazov

“Azərbaycan ən təhlükəsiz dövlətlərdən biridir” - Vilayət Eyvazov
SİYASƏT
17:59 23.07.2019
3500
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Azərbaycanda səfərdə olan İsrailin Müdafiə Nazirliyinin Departament direktoru Yair Kulasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, nazir V.Eyvazov bildirib ki, son illər polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları hər iki ölkədə keçirilən müxtəlif təlim və treninqlərə cəlb edilib, öz peşəkarlıqlarını və ixtisaslarını daha da artırıblar.

Nazir deyib ki, "Azərbaycan Respublikasının Hökuməti ilə İsrail Dövlətinin Hökuməti arasında daxili və ictimai təhlükəsizlik məsələlərində əməkdaşlıq haqqında Saziş” layihəsinin razılaşdırılması istiqamətində səylər davam etdirilir.

Cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təminində İsrailin hüquq-mühafizə orqanlarının təcrübəsinin öyrənilməsinin çox faydalı olduğu, İsraildə uzun müddətdir fəaliyyət göstərən ən müasir texnologiyaların, o cümlədən "Təhlükəsiz şəhər” sisteminin respublikamızda da uğurlu tətbiqi qeyd olunub.

Nazir vurğulayıb ki, nəinki MDB məkanında, Şərqi Avropada da ən sabit, təhlükəsiz dövlətlərdən biri kimi tanınan Azərbaycanda ictimai-siyasi stabillikdən, əlverişli kriminogen durumdan respublikamızın vətəndaşları ilə bərabər, ölkəmizə gələn əcnəbilər, burada çalışan iş adamları, turistlər də yararlanırlar.

Daxili İşlər naziri transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotik vasitələrin qanunsuz dövriyyəsinin narahatlıq doğurduğunu, bu növ cinayətlərə qarşı yalnız birgə səmərəli mübarizə aparılmasının mümkünlüyünü nəzərə çatdırıb.

Y.Kulas ictimai asayişin, sabitliyin yüksək səviyyədə qorunmasının əyani təzahürü kimi son zamanlar İsrail vətəndaşlarının da Azərbaycana ziyarətlərinin artmasının ikitərəfli əlaqələrin inkişafının digər mühüm bir aspekti kimi dəyərləndirib.

Qarşılıqlı maraq dоğuran digər məsələlər barəsində də ətraflı fikir mübadiləsi aparılıb.bulda İsrailin ölkəmizdəki səfiri Dan Stav da iştirak edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
20:06 19.03.2026
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb
20:00 19.03.2026
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
19:43 19.03.2026
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
Lukaşenko özünü Trampın tərəfdarı adlandırıb
19:40 19.03.2026
Lukaşenko özünü Trampın tərəfdarı adlandırıb
İranda İsrailə casusluq şübhəsi ilə daha 97 nəfər saxlanılıb
19:26 19.03.2026
İranda İsrailə casusluq şübhəsi ilə daha 97 nəfər saxlanılıb
ABŞ İranın 120-dən çox gəmisini məhv edib
19:09 19.03.2026
ABŞ İranın 120-dən çox gəmisini məhv edib
BƏƏ bu gün İranın 7 ballistik raket və 15 dronunu vurub
18:59 19.03.2026
BƏƏ bu gün İranın 7 ballistik raket və 15 dronunu vurub
İraq hava məkanını martın 22-dək bağlayıb
18:47 19.03.2026
İraq hava məkanını martın 22-dək bağlayıb
Bundan sonra sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsinə TƏBİB baxacaq
18:45 19.03.2026
Bundan sonra sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsinə TƏBİB baxacaq
Reabilitasiya müəssisələri Sosial Xidmətlər Agentliyinin tabeliyinə veriləcək
18:42 19.03.2026
Reabilitasiya müəssisələri Sosial Xidmətlər Agentliyinin tabeliyinə veriləcək
İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olunub, yeni agentlik yaradılıb
18:39 19.03.2026
İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olunub, yeni agentlik yaradılıb
İsrail Ordusu Qəzzada HƏMAS-ın kəşfiyyat komandirini öldürüb
18:33 19.03.2026
İsrail Ordusu Qəzzada HƏMAS-ın kəşfiyyat komandirini öldürüb
Anar Əliyevin müavinlərinin sayı artırıldı
18:24 19.03.2026
Anar Əliyevin müavinlərinin sayı artırıldı
Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası təsdiq edilib
18:21 19.03.2026
Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası təsdiq edilib
"Borussiya" Ceydon Sançonu geri qaytarmaq üçün danışıqlara başlayıb
18:20 19.03.2026
"Borussiya" Ceydon Sançonu geri qaytarmaq üçün danışıqlara başlayıb
"Ferrari" Yaxın Şərqə tədarükü dayandırıb
18:09 19.03.2026
"Ferrari" Yaxın Şərqə tədarükü dayandırıb