Azərbaycan ərazisinə keçmiş iki yeniyetmə erməni qarşı tərəfə təhvil verilib

Azərbaycan ərazisinə keçmiş iki yeniyetmə erməni qarşı tərəfə təhvil verilib
SİYASƏT
22:47 06.06.2025
921
Ermənistanın Sünik rayonundan olan, azaraq Azərbaycan ərazisinə keçmiş iki yeniyetmə qarşı tərəfə təhvil verilib.

Bu barədə AZXEBER.COM yerli mətbuata istinadən xəbər verir.

Məlumatı Ermənistanın Milli Təhlükəsizlik Xidməti də təsdiqləyib və daha sonra ətraflı məlumat yayacağını vəd edib.

Xatırladaq ki, Sünik rayonunun Tex icmasının sakinləri - 2007-ci il təvəllüdlü Karen Cangiryan və 2008-ci il təvəllüdlü Andrey Qyaqunts iyunun 6-na keçən gecə saat 01:20 radələrində Aravus kəndi ilə bitişik ərazidə azaraq Azərbaycan ərazisinə keçiblər.
OXŞAR XƏBƏRLƏR