"Azərbaycan ərəb-İslam ölkələri ilə əlaqələrin inkişafında maraqlıdır" - Əli Həsənov

"Azərbaycan ərəb-İslam ölkələri ilə əlaqələrin inkişafında maraqlıdır" - Əli Həsənov
Siyasət
22:32 10.11.2018
3922
Ərəb ölkələrinin aparıcı KİV-ləri, o cümlədən Birləşmiş Ərəb Əmirliklərinin "Nəbz”, "İmarat nyus”, "Şarcə24”, Misirin "İdaat” saytları, Oman Xəbər Agentliyi, Səudiyyə Xəbər Agentliyi, Səudiyyə Ərəbistanının İƏT UNA agentliyi və digər xəbər portalları bu ölkələrin media nümayəndələrinin Azərbaycana səfərini və səfər çərçivəsində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla görüşünü geniş işıqlandırıb.

AZXEBER.COM AZƏRTAC-a istinadən xəbər verir ki, Misirin "İdaat” saytı səfər zamanı Əli Həsənovdan alınan müsahibəni yayıb. Müsahibədə Əli Həsənov Azərbaycanın ərəb ölkələri, eləcə də Misir və Səudiyyə Ərəbistanı ilə yaxşı əlaqələrinin olduğunu bildirib. O vurğulayıb ki, Azərbaycan ortaq dini, mədəni və tarixi köklərlə bağlı olduğu ərəb-İslam ölkələri ilə əlaqələri inkişaf etdirməyə önəm verir.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdə cərəyan edən prosesləri yaxından izləyir və bəzi üzv ölkələrin üzləşdikləri münaqişələrin, xüsusilə də Fələstin probleminin, Suriya böhranının tezliklə həllinə ümid bəsləyir. Azərbaycan İslam ölkələri ilə iqtisadiyyat, mədəniyyət, idman sahələrində əməkdaşlığı genişləndirmək istəyir. İslam Əməkdaşlıq Təşkilatının bütün tədbirlərində iştirak etməkdə maraqlı olan ölkəmiz BMT-də bir sıra diplomatik təşəbbüslər irəli sürüb, Təhlükəsizlik Şurasına sədrliyi dövründə Suriyada hərbi əməliyyatların dayandırılması və Yaxın Şərqdə sabitliyin bərqərar olunması naminə çıxış yolları təqdim edib. Ərəb-İslam ölkələri ilə turizm sahəsində də sıx əməkdaşlıq etmək istəyən Azərbaycan bu ölkələrdən gələn turistlər, eləcə də sərmayədarlar üçün açıqdır. Azərbaycan, öz növbəsində, ərəb-İslam ölkələrinə də sərmayələr yatırıb.

Azərbaycan Prezidentinin köməkçisi ötən il Səudiyyə Ərəbistanında keçirilmiş "əl-Cənadəriyyə” Mədəniyyət və İrs Festivalında iştirak etdiyini, İki Müqəddəs Ocağın Xadimi, Kral Salman bin Əbdüləziz Al Səudla, Küveyt Əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahla və Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə ilə görüşdüyünü, həmçinin İslam Əməkdaşlıq Təşkilatının mənzil-qərargahında olduğunu xatırladıb. Əli Həsənov Azərbaycanla İslam ölkələri arasında əməkdaşlığın dəstəklənməsi məqsədilə Misir, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrə səfər etdiyini də diqqətə çatdırıb. Prezidentin köməkçisi Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının fəaliyyətini dəstəklədiyini qeyd edib.

Müsahibəsində Əli Həsənov ölkəmizdəki tolerant və multikultural mühit barədə ətraflı məlumat verib. Bildirib ki, əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan Azərbaycanda etnik, dini və ya irqi zəmində heç bir münaqişə baş verməyib. Azərbaycan dünyaya tolerantlıq nümunəsi təqdim edə bilib. Ölkəmizdə məscidlərlə yanaşı, kilsələr və sinaqoqlar da fəaliyyət göstərir.

Prezidentin köməkçisi, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunub, Azərbaycanda insan kapitalına sərmayə qoyulmasından, elmə, təhsilə, mədəniyyətə göstərilən diqqət və qayğıdan bəhs edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sərxoş vəziyyətdə avtobus idarə edən sürücü 15 sutka həbs edilib
10:03 09.08.2025
Sərxoş vəziyyətdə avtobus idarə edən sürücü 15 sutka həbs edilib
Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
10:00 09.08.2025
Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Azərbaycan nefti cüzi bahalaşıb
09:55 09.08.2025
Azərbaycan nefti cüzi bahalaşıb
TDT Baş katibi Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalanmasını dəstəkləyib
09:53 09.08.2025
TDT Baş katibi Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalanmasını dəstəkləyib
Ağdərədə yanğın törədən şəxs saxlanılıb
09:52 09.08.2025
Ağdərədə yanğın törədən şəxs saxlanılıb
Nikol Paşinyan: Ermənistan və Azərbaycan Vaşinqtonda sənədlər imzalayaraq artıq sülh qurublar
09:47 09.08.2025
Nikol Paşinyan: Ermənistan və Azərbaycan Vaşinqtonda sənədlər imzalayaraq artıq sülh qurublar
“Bu, Cənubi Qafqaza sülh gətirmək üçün tarixi fürsətdir”
09:36 09.08.2025
“Bu, Cənubi Qafqaza sülh gətirmək üçün tarixi fürsətdir”
Qəbələdə yanğın törədən şəxs saxlanılıb
09:33 09.08.2025
Qəbələdə yanğın törədən şəxs saxlanılıb
Almaniya Azərbaycan və Ermənistanı sülh yolunda dəstəkləməyə hazır olduğunu bildirib
09:30 09.08.2025
Almaniya Azərbaycan və Ermənistanı sülh yolunda dəstəkləməyə hazır olduğunu bildirib
Putin Rusiyanın Alyaskaya səfər edən ilk lideri olacaq
09:28 09.08.2025
Putin Rusiyanın Alyaskaya səfər edən ilk lideri olacaq
Kamçatkada 43 yeraltı təkan qeydə alınıb
09:25 09.08.2025
Kamçatkada 43 yeraltı təkan qeydə alınıb
ABŞ-ın Emori Universitetinin ərazisində atışma baş verib, ölənlər var
09:23 09.08.2025
ABŞ-ın Emori Universitetinin ərazisində atışma baş verib, ölənlər var
Səudiyyə Ərəbistanı Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılaşmanı alqışlayıb
09:21 09.08.2025
Səudiyyə Ərəbistanı Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılaşmanı alqışlayıb
Alyaskanın qubernatoru: Tramp-Putin görüşünü keçirməyə hazırıq
09:20 09.08.2025
Alyaskanın qubernatoru: Tramp-Putin görüşünü keçirməyə hazırıq
Sumqayıtda küçədə kişi meyiti aşkarlanıb
09:19 09.08.2025
Sumqayıtda küçədə kişi meyiti aşkarlanıb
Türkiyə XİN başçısı Azərbaycanı Vaşinqtonda əldə olunmuş tarixi nailiyyətlər münasibətilə təbrik edib
09:16 09.08.2025
Türkiyə XİN başçısı Azərbaycanı Vaşinqtonda əldə olunmuş tarixi nailiyyətlər münasibətilə təbrik edib