Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hərbi əməliyyatlar zamanı həlak olan və aprelin 11-də Azərbaycan hərbçilərinin nəzarətindəki ərazidə aparılan axtarış zamanı meyiti tapılan Ermənistan hərbçisinin nəşi aprelin 20-də qarşı tərəfə verilib.
İnsidentsiz keçən proses Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin və ATƏT-in vasitəçiliyi ilə təşkil olunub.