Azərbaycan Ermənistana 1 400 meyit təhvil verdi

Azərbaycan Ermənistana 1 400 meyit təhvil verdi
SİYASƏT
12:24 31.03.2021
421
"Azərbaycan Ermənistana 1400, Ermənistan isə Azərbaycana 100-dən çox meyit təhvil verib”.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev söyləyib.

"Həmçinin Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan tərəfdən 4000-ə yaxın şəxs itkin düşüb. Ermənistandan qəbirlərin və kütləvi şəkildə dəfn ərazilərinin açılmasını tələb etmək lazımdır.

10 noyabr bəyannaməsinin 8-ci bəndində tarix intervalı göstərilmir, ona görə də söhbət müharibə zamanı ölən bütün şəxslərin qalıqlarından gedir”, - o deyib.
OXŞAR XƏBƏRLƏR