"Azərbaycan Ermənistanın təxribatlarına və hadisəni təhrif etməsinə alışıb" - Politoloq

"Azərbaycan Ermənistanın təxribatlarına və hadisəni təhrif etməsinə alışıb" - Politoloq
SİYASƏT
16:01 14.12.2022
255
Xəbər verdiyimiz kimi, Ermənistan Xarici İşlər Nazirliyi 13 dekabr 2022-ci il tarixli, Şuşa-Laçın yolunda son vəziyyətlə əlaqədar Azərbaycan tərəfini ittiham edən bəyanat yayıb.
 
Rəsmi İrəvan bəyanatda Azərbaycan tərəfini Laçın yolunu bağlamaqda və üçtərəfli bəyanatı pozmaqda ittiham edir. 

Diqqətçəkən məqam isə Ermənistan XİN-in bəyanatı ilə paralel, xaricdə fəaliyyət göstərən erməni diasporu və lobbisi də Laçın-Şuşa yolunun bir hissəsində "Ekoloji terrora son” şüarı altında keçirilən etiraz aksiyasının məğzini təhrif edən kampaniyaya başlamasıdır. 

Bu məqamda isə belə anlaşılır ki, ermənilər yenidən dezinformasiya maşınıni işə salıblar.
 
Məsələ ilə bağlı AZXEBER.COM-a danışan politoloq Turan Rzayev bildirib ki, prinsip etibarilə həm Ermənistanın əsassız bəyanat irəli sürəcəyi, həm də erməni lobbisi və diasporunun xarici ölkələrdə aksiyaların məğzini təhrif edərək dezinformasiya xarakterli iddialar ilə çıxış edəcəyi gözlənilən idi.
 
Bənzər prosesləri iki il öncə 44 günlük Vətən Müharibəsi gedişində də müşahidə edirdik:

"Misal üçün erməni lobbisi və diasporu artıq Avropanın və dünyanın bir sıra nüfuzlu təşkilatlarına, siyasi dairələrinə həqiqəti əks etdirməyən iddialar ilə müraciət edib. Diqqətçəkən məqam isə ermənilərin müraciətlərində qeyd etdikləri 44 günlük müharibə zamanı irəli sürdüyü "əsaslar” ilə eynilik təşkil etməsidir. Misal üçün "Xankəndinə qaz verilişi dayandırılıb”, "Enerji təchizatı, benzin və dizel yanacağı, zəruri ərzaq təminatı kəsilib”, "tibbi ləvazimatlar bir neçə günə qurtaracaq”, "İrəvana aparılması planlaşdırılan ağır xəstələr var” və s. Yəni nə iddialar dəyişib, nə prosesləri manipulyasiya etmək cəhdləri, nə də antiazərbaycan kampaniyaları.

Ümumiyyətlə, Ermənistan 10 noyabr bəyanatının 4-cü bəndinə zidd olaraq silahlı qüvvələrini hələ də Azərbaycan ərazilərindən çıxarmayıb. Bəyanatın 6-cı bəndə zidd olaraq isə Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə edir. 9-cu bəndə zidd olaraq isə bölgədə bütün nəqliyyat-kommunikasiya yollarının açılmasına maneçilik törədir".

Politoloq bildirib ki, ermənilər Azərbaycanın Qarabağda "humanitar fəlakət” törətdiyini bəyan ediblər.

"Erməni tərəfinin bu iddia ilə çıxış etməsinin əsas səbəbi Laçın yolunun bağlanmasıdır. Əslində isə Laçın yolu Azərbaycan tərəfindən deyil, ərazilərində müvəqqəti yerləşmiş Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb. 

Bununla belə Azərbaycan tərəfi rəsmi şəkildə elan etdi ki, ərazilərimizdə yaşayan bütün erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazırdır.

O ki qaldı Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyasına, aksiyalar Rusiya sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazilərində həyata keçirilən qeyri-qanuni iqtisadi fəaliyyətə, təbii sərvətlərin talanmasına və ekologiyaya dəyən zərərə haqlı narazılığının nəticəsidir".

Siyasi şərhçi əlavə edib ki, Azərbaycan artıq Ermənistanın bu cür yalan təhriflər etməsinə alışıb:

"Azərbaycan artıq erməni tərəfinin bu və ya başqa formada təxribatlarına, dezinformasiya yaymasına, hadisəni təhrif etməsinə alışıb. Buna görə də hər zaman erməni tərəfindən bir addım öndəyik. Məsələ ondadır ki, Bakı ermənilərin bu addımının qarşısını almaq üçün də müvafiq addımlar atıb.

Birincisi, əvvəldə də qeyd etdiyim kimi Bakı rəsmi şəkildə elan etdi ki, ərazilərimizdə yaşayan bütün erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazırdır. Bu ermənilərin Azərbaycan Qarabağda "humanitar fəlakət” törədir iddiasını çürütməyə kifayət edir. 

İkincisi, Azərbaycan ölkədə fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinə hadisə ilə bağlı lazımi məlumatları verib. Bu da öz növbəsində rəsmi Bakının İrəvanın yaratmaq istədiyi beynəlxalq təzyiqlərin qarşısını almağa yönəlib".
 
Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nüşabə Ələsgərli ilk dəfə nəvəsini göstərdi - FOTO
18:25 17.03.2025
Nüşabə Ələsgərli ilk dəfə nəvəsini göstərdi - FOTO
Yardımlıda təcili tibbi yardım çağırışa gəlmir? - TƏBİB-dən açıqlama
18:18 17.03.2025
Yardımlıda təcili tibbi yardım çağırışa gəlmir? - TƏBİB-dən açıqlama
"Çelsi" yayda 7-8 futbolçu ilə yollarını ayırmaq istəyir
18:14 17.03.2025
"Çelsi" yayda 7-8 futbolçu ilə yollarını ayırmaq istəyir
"Rusiya ilə münaqişənin dondurulması deyil, müvəqqəti atəşkəs müzakirə olunur"
18:05 17.03.2025
"Rusiya ilə münaqişənin dondurulması deyil, müvəqqəti atəşkəs müzakirə olunur"
Qazaxıstan və Özbəkistan 2030-cu ilə qədər ticarət dövriyyəsini 10 milyard dollara çatdırmağı planlaşdırıb
17:49 17.03.2025
Qazaxıstan və Özbəkistan 2030-cu ilə qədər ticarət dövriyyəsini 10 milyard dollara çatdırmağı planlaşdırıb
Ombudsman vətəndaşları qəbul edib - FOTOLAR
17:41 17.03.2025
Ombudsman vətəndaşları qəbul edib - FOTOLAR
Kişilərin beyni hər axşam saat 8-də kiçilir
17:39 17.03.2025
Kişilərin beyni hər axşam saat 8-də kiçilir
Talıb Talenin ailəsində ağır itki
17:35 17.03.2025
Talıb Talenin ailəsində ağır itki
Kremldə Putin və Rəhmon arasında məhdud tərkibdə danışıqlar başlayıb
17:26 17.03.2025
Kremldə Putin və Rəhmon arasında məhdud tərkibdə danışıqlar başlayıb
Dövlət orqanlarında 513 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb
17:19 17.03.2025
Dövlət orqanlarında 513 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb
DİN əməkdaşlarının maaşlarının məbləği yeni redaksiyada təsdiqlənib
17:18 17.03.2025
DİN əməkdaşlarının maaşlarının məbləği yeni redaksiyada təsdiqlənib
Növbəti illərdə rus bölməsi üçün Azərbaycan dili imtahanı onlayn formada keçiriləcək
17:16 17.03.2025
Növbəti illərdə rus bölməsi üçün Azərbaycan dili imtahanı onlayn formada keçiriləcək
Macarıstanın Müqəddəs Tacı başqa yerə köçürüləcək
17:15 17.03.2025
Macarıstanın Müqəddəs Tacı başqa yerə köçürüləcək
Donald Tramp Cozef Baydenin əfv qərarını etibarsız hesab edib
17:13 17.03.2025
Donald Tramp Cozef Baydenin əfv qərarını etibarsız hesab edib
Dilçi alim: Dilçilik İnstitutunda doktorantura yerləri 4 ildir ki, boş qalıb
17:11 17.03.2025
Dilçi alim: Dilçilik İnstitutunda doktorantura yerləri 4 ildir ki, boş qalıb
Cənubi Koreya və Ukrayna şimali koreyalı hərbi əsirlərin repatriasiyasını müzakirə edib
17:08 17.03.2025
Cənubi Koreya və Ukrayna şimali koreyalı hərbi əsirlərin repatriasiyasını müzakirə edib