Azərbaycan əsgəri güllə partlaması nəticəsində həlak olub

Azərbaycan əsgəri güllə partlaması nəticəsində həlak olub
Siyasət
12:58 09.09.2013
1454

Bəbişov Namiq təhlükəsizlik qaydalarını pozaraq şəxsi ehtiyatsızlıq nəticəsində ağır xəsarət alıb və dünyasını dəyişib

Azərbaycan Ordusu daha bir əsgərini itirib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, “N” saylı hərbi hissənin əsgəri Bəbişov Namiq Əlibala oğlu təhlükəsizlik qaydalarını pozaraq şəxsi ehtiyatsızlıq nəticəsində patronun gülləsinin partlaması ilə ağır xəsarət alıb və dünyasını dəyişib.

Nazirlik əsgərin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Qeyd edək ki, həlak olan əsgər Yevlax rayonundan hərbi xidmətə çağırılıb.

OXŞAR XƏBƏRLƏR