Azərbaycan əsgəri: Şuşada üçrəngli bayrağımızı dalğalandıracağıq! - VİDEO

Azərbaycan əsgəri: Şuşada üçrəngli bayrağımızı dalğalandıracağıq! - VİDEO
SOSİAL
15:46 24.10.2020
1231

Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Artileriya bölmələrindəki döyüş əzmini, ruh yüksəkliyini əks etdirən videogörüntü yayıb.

AZXEBER.COM Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə istinadla təqdim etdiyi növbəti videoda Azərbaycan Ordusunun artilleriya bölmələrindən birinin zabiti düşmənin artilleriya bölmələrini, döyüş texnikalarını və canlı qüvvəsinin məhv edildiyini, şəxsi heyətin qələbə əzminin yüksək olduğunu diqqətə çatdırıb. Hərbçilərimiz Müzəffər Ali Baş Komandanımızın dediyi kimi, üçrəngli bayrağımızı Şuşada dalğalandırılacağına sonsuz inam və əminlik nümayiş etdiriblər.

OXŞAR XƏBƏRLƏR