Azərbaycan əsilli boksçu tərəfdarların hücumuna məruz qaldı

Azərbaycan əsilli boksçu tərəfdarların hücumuna məruz qaldı
İDMAN
14:27 08.11.2026
101
Fransa təmsilçisi, Azərbaycan əsilli boksçu Murad Əliyev türkiyəli tərəfdarların hücumuna məruz qalıb. 

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, qalmaqal İstanbulda keçirilən peşəkar boks gecəsində baş verib.

Belə ki, Murad Əliyev türkiyəli rəqibi Umut Çamkıranı hakimlərin yekdil qərarı ilə məğlub edərək vakant olan "WBC Silver” çempionluq kəmərinin sahibi olub.

Qarşılaşma başa çatdıqdan sonra Murad Əliyevin tribunadakı azarkeşlərə doğru etdiyi hərəkət tamaşaçıların etirazına səbəb olub.

Nəticədə bir qrup azarkeş və komanda üzvləri rinqə daxil olaraq boksçuya hücum edib və kütləvi dava düşüb.
OXŞAR XƏBƏRLƏR