Türkiyənin Ərzurum vilayətində ağır yol qəzasında Azərbaycan əsilli sürücü ölüb.
AZXEBER.COm xəbər verir ki, Bu barədə "Report” yerli mətbuata istinadən xəbər verir.
Məlumata görə, Azərbaycan əsilli, 37 yaşlı V. N.-in (ad və soyadı açıqlanmır-red) idarə etdiyi yük avtomobili Oltu-Tortum magistral yolunda idarəetmədən çıxaraq əvvəlcə maneələrə çırpılıb, sonra isə aşıb.
Hadisə yerinə xilasedicilər, jandarm və təcili tibbi yardım cəlb edilib. Ağır xəsarət alan sürücü Tortum Dövlət Xəstəxanasına aparılıb. Lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.