Azərbaycan ‘facebook’ istifadəçilərinin sayına görə dünyada neçənci yerdədi? - SİYAHI

İQTİSADİYYAT
17:37 04.04.2013
2615

Azərbaycan facebook istifadəçilərinin sayına görə 81-ci yerdədir. Bu barədə sosial şəbəkələrin monitorinqini aparan "Socialbakers" şirkəti məlumat yayıb. hafta-ichi.az saytının məlumatına görə, aprel ayının 3-nə olan məlumatda deyilir ki, hazırda Azərbaycanda 1057680 facebook istifadəçisi var. Bu göstərici ilə Azərbaycan 81-ci yeri tutur. Qeyd edək ki, facebook istifadəçilərinin sayına görə Amerika Birləşmış Ştatları liderlik edir. Amerikalı facebook istifadəçilərinin sayı 163 milyon nəfərdir. Siyahıda 2-ci yerdə Braziliya durur 66,5 milyon 3-cü yeri isə Hindistan tutur 63 milyon. facebook-dan ən az istifadə edən ölkə isə Vatikandır cəmi 20 nəfər. MDB məkanında isə liderlik Rusiyanın əlindədir, 7,5 milyon istifadəçiylə. Ermənistan isə 112-ci yeri tutur. 416 min istifadəçiylə.

OXŞAR XƏBƏRLƏR