Milli komandaların FİFA reytinqi açıqlanıb.
AZXEBER.COM İdman.biz-ə istinadən xəbər verir ki, Azərbaycan millisi dünyada 111-cidir.
Yığmamızın hesabında 1179,88 xal var. Azərbaycan millisi ötən siyahı ilə müqayisədə 1 pillə irəliləyib. Buna Albaniya (1:3) və Qazaxıstanla (3:2) görüşlər səbəb olub.
Millimiz iki komandanı – Konqo və Mavritaniyanı keçib. Amma KXDR yığmamızı arxada qoyub.
Qeyd edək ki, siyahıya 1860,14 xala malik Argentina başçılıq edir.