Azərbaycan Fransaya nota verəcək

Azərbaycan Fransaya nota verəcək
SİYASƏT
17:51 04.04.2018
9393

"Rəsmi Bakı ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olan Fransaya Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejimin təmsilçisi kimi özünü təqdim edən Aşot Qulyan adlı şəxsin səfəri ilə əlaqədar kəskin etirazını ifadə edir".

AZXEBER.COM xəbər verir ki, bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev qeyd edib: "Təəssüflə qeyd edirik ki, Azərbaycanın Xankəndi şəhərinin sakini olan və Ermənistanın diplomatik pasportu ilə səyahət edən Aşot Qulyanın Avropa İttifaqının ərazisinə daxil olmasının Ermənistan və Avropa İttifaqı arasında vizaların sadələşdirilməsi və readmissiya haqqında sazişin tələblərinin pozulması ilə müşayiət olunmasına baxmayaraq, Fransa tərəfindən bu səfərin qarşısının alınması üçün heç bir tədbir görülməyib".

XİN rəsmisi bildirib ki, bu kimi səfərlərin sistematik hal alması və Fransa ərazisinin qondarma rejimin təbliğat məntəqəsinə çevrilməsi həmsədr ölkə kimi Fransanın qərəzsizliyi barədə ciddi suallar doğurur, beynəlxalq səviyyədə və Azərbaycan ictimaiyyətində Fransanın nüfuzuna və etibarlılığına əsaslı şübhə salır:

"Fransanın yerli özünüidarəetmə orqanları üzrə Ümumi məcəllənin LL1115-1 və L1115-5-ci maddələri, həmçinin Fransa XİN və DİN tərəfindən hökumətin yerlərdə səlahiyyətli nümayəndələri olan perfektlərə ünvanlandığı 02 iyul 2015-ci il tarixli təmimi məktubda yerli özünüidarətmə orqanlarının bütün beynəlxalq əlaqələrinin Fransanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərinə uyğun olmalı olduğu və yerli idarəetmə orqanlarının Fransa hökuməti tərəfindən tanınmamış hər hansı qurumla heç bir saziş imzalamaq səlahiyyətində olmadığı bildirilir. Amma Fransanın mərkəzi hökumətinin yerlərdə səlahiyyətli nümayəndələri olan perfektlər tərəfindən Fransa qanunlarına uyğun olaraq qondarma rejimlə Fransanın bəzi yerli orqanları arasında imzalanmış qanunsuz sənədlərin ləğv edilməsini müşahidə etmirik".

H.HAcıyev deyib ki, bu yaxınlarda Korsika ilə əlaqədar məsələlər meydana çıxan zaman Fransanın mərkəzi hakimiyyəti tərəfindən qəti mövqe nümayiş etdirildiyi halda, Fransanın Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma separatçı rejimin öz ərazisində təşviqinə imkan yaratması ikili standartların növbəti nümunəsi kimi qiymətləndirilir:

"BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq, Fransanı öz üzərinə düşən öhdəliklərinə, beynəlxalq hüququn norma və prinsiplərinə riayət etməyə və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı olan bu kimi əməllərin qarşısını almağa çağırırıq"

O vurğulayıb ki, Azərbaycanın Fransadakı səfirliyi Fransa Xarici İşlər Nazirliyinə bu məsələ ilə əlaqədar nota təqdim edəcək. Azərbaycan tərəfi bundan sonra Fransa ilə münasibətlərində qarşılıqlılıq prinsipindən çıxış edəcək".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranda casusluq əməliyyatı: 55 nəfər saxlanıldı
16:00 17.03.2026
İranda casusluq əməliyyatı: 55 nəfər saxlanıldı
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
15:54 17.03.2026
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR
15:49 17.03.2026
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR
Deputat valideynin cəzalandırılmasını nəzərdə tutan qanunun əleyhinə çıxdı
15:41 17.03.2026
Deputat valideynin cəzalandırılmasını nəzərdə tutan qanunun əleyhinə çıxdı
Yük avtomobillərindən oğurluq edən şəxs saxlanıldı
15:12 17.03.2026
Yük avtomobillərindən oğurluq edən şəxs saxlanıldı
"Mayak Residence" baharın gəlişi münasibətilə reklam çarxını təqdim etdi - VİDEO
15:02 17.03.2026
"Mayak Residence" baharın gəlişi münasibətilə reklam çarxını təqdim etdi - VİDEO
Tələbələr üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirildi
14:50 17.03.2026
Tələbələr üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirildi
Bu görüntüləri yayanları ağır cəza gözləyir
14:44 17.03.2026
Bu görüntüləri yayanları ağır cəza gözləyir
Sürət qatarına daş atan daha 4 yeniyetmə müəyyən edildi
14:41 17.03.2026
Sürət qatarına daş atan daha 4 yeniyetmə müəyyən edildi
Bu ölkələr dünyanın ən əsəbi sakinlərinə sahibdir
14:37 17.03.2026
Bu ölkələr dünyanın ən əsəbi sakinlərinə sahibdir
Parlament Prezidentlə xanımına təbrik məktubu ünvanladı
14:35 17.03.2026
Parlament Prezidentlə xanımına təbrik məktubu ünvanladı
Tarkan Bülent Ersoy üçün mahnı yazdı
14:28 17.03.2026
Tarkan Bülent Ersoy üçün mahnı yazdı
“Reuters”: İranın Ali Rəhbəri atəşkəsə dair təklifləri rədd edib
14:28 17.03.2026
“Reuters”: İranın Ali Rəhbəri atəşkəsə dair təklifləri rədd edib
Qayda pozan sürücülərə protokol verilməsində yeni QAYDA
14:24 17.03.2026
Qayda pozan sürücülərə protokol verilməsində yeni QAYDA
Netanyahunun Laricani və digərlərinin öldürülməsi əmrini verdiyi anın FOTOSU
14:21 17.03.2026
Netanyahunun Laricani və digərlərinin öldürülməsi əmrini verdiyi anın FOTOSU
"Bu, qadınların daha kütləvi şəkildə hərbi xidmətə cəlb edilməsi üçündür" - Hərbi ekspert
14:14 17.03.2026
"Bu, qadınların daha kütləvi şəkildə hərbi xidmətə cəlb edilməsi üçündür" - Hərbi ekspert