Azərbaycan futbolu üçün yeni format

Azərbaycan futbolu üçün yeni format
İDMAN
16:22 12.03.2013
1333
İdman Araşdırmalar Mərkəzi (İAM) Topaz Premyer Liqası, I divizion və Azərbaycan Kuboku üçün yeni format hazırlayıb. Yeni format “APAHolding”in ofisində keçirilən mətbuat konfransında təqdim olunub.Qurumun sədri Elşən Məmmədov bildirib ki, tədbir üçün 12 mart saat 12:00-ın seçilməsi heç də Premyer Liqada 12 komandadan ibarət hazırkı sistemə dəstəkdən vermələrini göstərmir. Əksinə, İAM hazırkı “6-lıq” sisteminin ləğvini təklif edir. Əvəzində I diviziondan gələn komandalar hesabına say 14-ə çatdırılır və qalib 2 dövrəlik sistemlə mübarizə nəticəsində müəyyənləşir.Ən böyük diqqət isə Azərbaycan Kubokuna yönəldilir. Çünki UEFA prezidenti Mişel Platini də milli federasiyaların ölkə kubokuna ciddi önəm vermələrinin gərəkliyini qabardıb və hətta milli kubokun qalibinin Çempionlar Liqasına vəsiqə qazanmasının mümkünlüyünə dair fikir səsləndirib. Azərbaycan Kubokunun yeni formatına əsasən, mübarizə təsnifat mərhələsi, qrup mərhələsi və “pley-off”lardan ibarət olur. I divizionda isə yeni komanda gəlməsə, 11 komandalı sistemlə mübarizə gedir:1. Topaz Premyer Liqasındakı komandaların sayı 14-ə çatdırılsın, “6-lıq” sistemi ləğv olunsun. Komandalar 2 dövrəlik mübarizə əsasında 26 tur mübarizə aparsın.2. Premyer Liqanı 1+1 yox (sonuncu klub birbaşa, sondan əvvəlki I divizionda 2-ci yeri tutanla “pley-off” oynamaqla), 2+1 (son 2 klub birbaşa, sondan 3-cü isə I divizionda 3-cü yeri tutanla “pley-off” oynamaqla) klub tərk etsin3. Üzvlük haqqı, cərimələr və ya legionerlər üçün ödəmələrin ən azı biri azaldılsın4. I divizionda 13 yox, 11 klub 2 dövrəlik sistemlə mübarizə aparsın (I diviziona yeni yaradılan klublar gəlməsə)5. Azərbaycan Kubokunda qrup mərhələsi tətbiq olunsun. Hər qrupda 4 komanda olsun. 7 klub (6+1) qrup mərhələsinə birbaşa vəsiqə qazansın, qalan 9 klub təsnifat mərhələsindən ev və səfər prinsipi ilə oyunlar nəticəsində gəlsin (9 cütun qalibləri)6. Premyer Liqa və I divizion komandalarının sayı üst-üstə 26 olarsa, qrup mərhələsinə birbaşa 6 klub (ilk “6-lığ”a düşənlər) vəsiqə qazansın, qalan 20 klub təsnifat mərhələsində daha 10 vəsiqənin taleyinə ev və səfər prinsipi ilə aydınlıq gətirsin. Komandaların sayı daha çox olarsa, təsnifat mərhələsi öncəsi ilkin oyun və ya oyunlar da keçirilsin.7. Azərbaycan Kubokunda mükafat fondu artırılsın. Pul mükafatı yalnız kubokun qalibinə verilməsin, qrup mərhələsinə düşənlər və “pley-off”a vəsiqə qazananlar arasında adlayacaqları mərhələlərə uyğun olaraq bölüşdürülsün8. Azərbaycan Kubokunun qrup mərhələsində yerini birbaşa təmin edən komandalardan 4-ü qrup lideri, 3-ü isə qrup 2-cisi kimi bölünsün. Təsnifat mərhələsindən vəsiqə qazanacaq 9 klub qalan yerlərə bölüşdürülsün. Bölgü püşkatma yolu ilə aparılsın9. Növbəti mövsümlərdə qrup mərhələsinə birbaşa vəsiqələr Premyer Liqada ilk 6 və ya 7 pilləni tutanlara verilsin.Təklifin üstünlükləri:1. Bu halda Topaz Premyer Liqası klubu ən azı 26 (iki dövrəyə üst-üstə) + 2 (təsnifat mərhələsində ev və səfər oyunları) = 28, ən çoxu 26 (iki dövrəyə üst-üstə) +2 (təsnifat mərhələsində ev və səfər oyunları) + 6 (qrup mərhələsində 3 rəqiblə ev və səfər oyunları) + 2 (1/4 finalda ev və səfər oyunları) + 2 (yarımfinalda ev və səfər oyunları) + 1 (final) = 39 oyun keçirir. I divizion klubu isə ən azı 20 (iki dövrəyə üst-üstə) + 2 (təsnifat mərhələsində ev və səfər oyunları) = 22, ən çoxu 20 (iki dövrəyə üst-üstə ) + 2 (təsnifat mərhələsində ev və səfər oyunları) + 6 (qrup mərhələsində 3 rəqiblə ev və səfər oyunları) + 2 (1/4 finalda ev və səfər oyunları) + 2 (yarımfinalda ev və səfər oyunları) + 1 (final) = 33 matça çıxır.2. Bu mövsüm final mərhələsində ikinci “6-lıq”da stimul artır, çünki burada 1-ci yeri tutmaqla gələn mövsüm Azərbaycan Kubokunun qrup mərhələsinə birbaşa vəsiqə qazanılır.3. Hazırkı formatda demək olar ki, əhəmiyyətsiz görünən ikinci “6-lıq” aradan qalxır.4. I diviziondan Azərbaycan Kubokunun qrup mərhələsində ən azı 2 komanda oynayır. Bura Premyer Liqada say artımı nəticəsində I diviziondan gələn daha 2 komandanı da əlavə etsək, bu say 4 olur.5. I divizion klubu Premyer Liqa komandaları ilə daha çox üz-üzə gələrək, təcrübə toplayır ki, gələcəkdə Premyer Liqada oynadığı vaxt da rəqabətə hazır olsun.6. I divizion klubu Azərbaycan Kubokunda çıxış etdiyi qrupda hətta 2-ci yer uğrunda mübarizə imkanı əldə edir. Nəticədə son illər Azərbaycan Kuboku tarixində ilk dəfə ¼ finaladək irəliləməyi bacarır.7. Bu formatın tətbiqi nəticəsində Premyer Liqadakı hazırkı sistemdən başqasına keçid zamanı da əlavə problem ortaya çıxmır.8. Azərbaycan Kubokuna maraq artır. Qrup mərhələsinin oyunları çox olduğu üçün Azərbaycan Kubokuna da titul sponsorunun tapılması sarıdan problemlər azalır.9. Premyer Liqada ilk 6 və ya 7 pilləni tutanlar Azərbaycan Kubokunun qrup mərhələsinə avtomatik vəsiqə qazanmaqla, müəyyən məbləğdə bonusa sahib olurlar.10. Daha çox ehtiyacı olan I divizion klubu qrup mərhələsinə vəsiqə qazanmaqla, ən azı yol xərclərini qarantiləyir.11. Üzvlük haqqı, cərimələr və ya legionerlər üçün ödəmələr azaldılmaqla Premyer Liqa və I divizion komandalarının zəifləmə və ya dağılma təhlükəsi minimuma enir.12. I divizionda klubların say azlığı mövcud reallıqda imkansızların xərclərinin azalmasına səbəb olur.13. Azərbaycan Kubokunda qrup mərhələsinin tətbiqi UEFA tərəfindən başladılan milli federasiyalarda ölkə kubokuna diqqət artımı kampaniyasına bir dəstək olur.14. Premyer Liqada mübarizə təkcə mükafatlar və Avropa kuboklarına vəsiqə verən 3-4 pillə uğrunda deyil, Azərbaycan Kubokunun qrup mərhələsinə birbaşa vəsiqə imkanı verən 6-7 pillə uğrunda gedir.15. 14 komandalı çempionatda son pillələri tutma təhlükəsi ilə daha çox klub üzləşir. Nəticədə belə bir təhlükədən qurtulmaq üçün klublar arasında daha ciddi rəqabət gedir.16. 14 klubdan 7-si Azərbaycan Kubokunun qrup mərhələsinə düşmək, 3-ü Premyer Liqada qalmaq üçün yarışırsa, qalan 4 klub ən yaxşı “7-liy”ə düşmək və ya ən zəif “3-lüy”ə düşməmək üçün mübarizə aparır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
00:16 19.04.2026
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
23:50 18.04.2026
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir