Bakıda mağaza yandı

Bakıda mağaza yandı
HADİSƏ
11:38 06.06.2026
145
Bakıda yanğın hadisəsi baş verib.

AZXEBER.COM xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində qeydə alınıb.

Səhər saatlarında qəsəbə ərazisindəki mağazalardan birində yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yanğınla bağlı nazirliyin "112" qaynar xəttinə məlumat daxil olub. Dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Yanğının genişlənməsinə imkan verilməyib və qısa müddətdə söndürülüb.
 
\oxu.az
OXŞAR XƏBƏRLƏR