Azərbaycan futbolunda faciə - Məşqçi öldü

Azərbaycan futbolunda faciə - Məşqçi öldü
İDMAN
00:43 06.11.2012
2176

Məşqçi dünyasını dəyişdi

“Qəbələ” Futbol Klubuna ağır itki üz verib. Noyabrın 5-də “Qəbələ” Futbol Akademiyasının məşqçisi Eldəniz Süleymanov infarkt nəticəsində dünyasını dəyişib.

1975-ci il avqustun 29-da Naxçıvanda anadan olan Süleymanov futbolçu karyerası boyunca “Arsenal” (Tula), “Stroitel”, “Jemçujina” (hamısı Rusiya), “Azəri”, “Kəpəz”, “Araz”, AMMK və “Qəbələ” kimi klubların şərəfini qoruyub. Eldəniz Süleymanov karyerasını “Qəbələ”də bitirib və burada da məşqçilik fəaliyyətinə başlayıb. O, Akademiyada U-17 komandasına rəhbərlik edirdi.

“Qəbələ” futbol klubunun kollektivi mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

//Lent.az

OXŞAR XƏBƏRLƏR