"Azərbaycan futbolunda heç bir şey qaydasında deyil"

"Azərbaycan futbolunda heç bir şey qaydasında deyil"
İDMAN
16:15 12.11.2021
851
"Lüksenburqa məğlubiyyət bir oyunun nəticəsi kimi qəbul olunmamalıdır. Bu məğlubiyyət həmişə ola bilər. Amma bu məğlubiyyət 1 dəfə olar, 2 dəfə olar, 5 dəfə olar, nə qədər olar? Biz Lüksenburqa qarşı səfərdə də çox biabırçı oyun nümayiş etdirmişik. İşin futbol baxımından öncə danışsaq Luksenburq kimi dünya futbolunda yeri olmayan, ümumiyyətlə futbol ölkəsi kimi qəbul olunmayan bir ölkəyə həm səfərdə, həm evdə 5 müdafiəçi ilə oynamaq, qorxmaq, ondan çəkinmək, əks hücumda oynamaq, ev oyununda belə bunu etmək ağlasığmaz bir şeydir".

Bu sözləri AZXEBER.COM-a açıqlamasında tanınmış idman mütəxəssisi Kənan Məstəliyev deyib.

Milli komandanın heyətindən danışan mütəxəssis onların yetərincə təcrübəli olduğunu, əvvəlki illərə baxdıqda daha yaxşı heyət olduqlarını qeyd edib:

"Bizim futbolçularımız son illərdə artıq legioner həyat yaşamağa başlayıblar. Milli komandanın heyətində oynayan futbolçular yetərincə təcrübəlidirlər, yaxşı heyətimiz var. Hətta deyərdim əvvəlki illərə baxanda daha yaxşıdır. Biz ən azından hücum futbolu oynayıb rəqibə çətin anlar yaşada bilərdik, amma bunun əksi oldu. Qeyd etdiyim kimi ol bilər ki, bir oyunda məğlub olasan, amma biz artıq seçim mərhələdə 8 oyundan cəmi 1 xalımız var. Bu, rəzalətdir.
 


Kənan Məstəliyev deyib ki, futbolda islahatların zamanıdır:

"Mən xatırladığım qədərilə biz 30 il öncə belə bir nəticəyə imza atmışıq. O da ölkə müharibə şəraitində idi, öz oyunlarını evdə keçirmirdi. Müstəqillik dövrümüzün ən ağır dövrlərində belə biz bundan yaxşı oynamışdıq. Baxmayaraq ki, ölkə futbolunda bu qədər maliyyə yox idi, klublarımız yox idi. Maliyyə şəraitimizin yaxşı olduğu bir vaxtda, müharibədə qalib gəldiyimiz bir vaxtda belə bir nəticə düşünməyə səbəb verir. Bu sondur və bundan o tərəfi yoxdur. Azərbaycan futbolunda idarəetmə problemi var. Bizim futbolda ciddi kadr islahatı keçirilməldir.
 
Azərbaycan futbolunda heç bir şey qaydasında deyil. Klub siyasəti, aşağı yaş qrupları siyasəti, infrastruktur siyasəti elə bir nöqtə yoxdur ki, biz bu barədə müsbət fikir söyləyək. Yeganə qaranlığın içərisində kiçik bir qığılcım "Qarabağ” futbol klubudur. O da ki, özəl klubdur, idarəetməsi uzun illərdir aparıldığına görə futbol idarə etmək düzgün qaydada tətbiq olunub. Buna görə də bir dənə onunla bağlı müsbət fikir söyləmək olar. Qalan hamısı bərbad gündədir".

Ayşən Mirzəyeva
OXŞAR XƏBƏRLƏR