AZXEBER.COM-un verdiyi məlumata görə, AZAL-ın hazırda icarə əsasında “Turan”da çıxış edən futbolçusu Roman Zubkov ona rüşvət təklif edildiyini bildirib.
Bu barədə futbolçu və klubun vitse-prezidenti ANS TV-də yayımlanan “Sportmen” verilişinə açıqlama verib. Zubkov bildirib ki, AZAL oyunu satması üçün ona 6 min manat təklif edib, lakin o bu təklifi qəbul etməyib. “Turan”ın vitse-prezidenti Namiq Məstanov da bunu təsdiqləyib.
AZAL klubu isə məsələnin araşdırılacağını bildirib.
Bir neçə gün əvvəl isə AZAL futbol klubu qeyd olunan iddia ilə bağlı “Turan”ın baş məşqçisi Əfqan Talıbovu məhkəməyə verdiyini açıqlamışdı.
Qalmaqallı oyun 0:0 hesabı ilə başa çatmışdı.