"Bu adam çoxdan getməli idi"

"Bu adam çoxdan getməli idi"
SOSİAL
11:28 28.03.2023
366
Ötən gün futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində ikinci oyununu keçirdi. Canni De Byazinin baş məşqçisi olduğu kollektiv səfərdə İsveçin qonağı oldu.

Stokholm şəhərindəki "Friends Arena”da oynanılan qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə bitdi. Millimiz yenə də böyük hesablı məğlubiyyətlə üz-üzə qaldı.

Bəs Azərbaycan millisinin ilk dəfə olmayan bu cür böyük hesablı məğubiyyətlərinə nə səbəb olur? Problemin kökü nədədir?
 
Tanınmış idman mütəxəssisi Kənan Məstəliyev AZXEBER.COM-a mövzu ilə bağlı fikirlərini bildirib.

 

O qeyd edib ki, dünənki İsveçlə oyun və ondan 3 gün əvvəlki Avstriya ilə məğlubiyyətlərimizin əsas səbəblərini iki istiqamətdə qeyd etmək olar: "Biri texnikidir, biri də fundamental. Texniki səbəblər odur ki, hazırda yığma komandanın baş məşqçisi olan Canni De Byazi baş məşqçi olaraq bitib. Bunu demək üçün sırf bu iki oyundakı nəticələri nəzərə almağa ehtiyac yoxdur. Bundan əvvəl də bu adamın səhvləri var idi. Sistematik olaraq səhvləri, taktiki, texniki səhvləri, sistemsizlik, məntiqsizlik, fəlsəfəsi, strategiyası olmayan bir mütəxəssisin komandaya baş məşqçilik etməsi biabırçılıqdır. Ona bu şansı verənlər, onunla müqaviləni artıranlar da günahkardırlar. Çoxdandır məşqçilik baxımından bu adamda heç nə qalmayıb. Dünənki oyunda, ondan əvvəlki oyunda da yol verdiyi çox sadə səhvlər başqa izaha yol açmır. Bu adam çoxdandır getməli idi, onu saxlayanlar bu məsələyə görə cavab verməlidirlər”. 

Mütəxəssis qeyd edib ki, bu məsələyə görə kimsə cavab verməlidir:

"Fundamental səbəb isə odur ki, millimiz uzun illərdir böyük hesablı məğlubiyyətlərə məruz qalır. Bu məğlubiyyətlərdən də nəticə çıxarmır. Azərbaycan futbolunu idarə edənlər ardıcıl məlubiyyətlər, ardıcılı rəzalətlərdən nəticə çıxarmırlar və eyni səhv edirlər. Heç bir məsuliyyət də daşımırlar, heç kim də çıxıb buna görə məntiqli açıqlama vermir. Hər dəfə də deyirlər ki, "gələn dəfə yaxşı olacaq”, belə deyə-deyə ictimaiyyəti aldadırlar. Xüsusi dəyəri olmayan arqumentlər ortaya ataraq özlərinə dividend qazandırmağa çalışırlar. Artıq buna görə kimsə cavab verməlidir”. 

Aydın Nuri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Axios": ABŞ İranın Xarq adasında quru əməliyyatı ssenarisini araşdırır
09:05 16.03.2026
"Axios": ABŞ İranın Xarq adasında quru əməliyyatı ssenarisini araşdırır
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:42 16.03.2026
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
05:41 16.03.2026
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
04:24 16.03.2026
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"