Azərbaycan futbolunun gələcəyi hesab olunan qapıçı - VİDEO

Azərbaycan futbolunun gələcəyi hesab olunan qapıçı - VİDEO
İDMAN
15:57 11.09.2020
685
Bir neçə gün öncə tanınmış qapıçı Kamran Ağayev "CBC Sport" kanalının "Bizim Futbol" verilişinin qonağı olarkən maraqlı fikir səsləndirib. 
 
AzxeberSport-un məlumatına görə, təcrübəli qolkiper ölkə futbolunda istedadlı və gələcək vəd edən futbolçularının adını açıqlayıb. 
 
Kamran Ağayev "Neftçi-2"nin qapıçısı Rza Cəfərovu bəyəndiyini və ona ümid bəslədiyini bildirmişdi.
 
Bəs, həmin qapıçı haqda nələri bilirik?
 
17 yaşlı Rza Cəfərov "Bakı"nın yetirməsidi. Klub dağılandan sonra karyerasını "Əlincə" və "Qəbələ"də davam etdirib.
 
Hazırda "Neftçi"nin əvəzedici heyətinin və Azərbaycanın 18 yaşlılardan ibarət milli komandasının üzvüdür.
 
Rza haqda hazırladığımız videonu təqdim edirik:
 

OXŞAR XƏBƏRLƏR