Azərbaycan gətirilən süd məhsullarını Rusiyaya buraxmadılar

SOSİAL
13:58 24.05.2016
1349
“Veterinar sertifikatı xüsusi kağızın istifadə olunmadığı blankda hazırlanıb”.
Rusiyanın kənd təsərrüfatı mallarına dövlət nəzarəti xidmətinin (“Rosselxoznadzor”) Moskva və Tula vilayətləri üzrə idarəsinin əməkdaşları Azərbaycandan gətirlən təxminən 19 ton süd məhsulunu sənədlərdə olan qayda pozuntuları ilə əlaqədar saxlayıblar.
Bu barədə Rusiyanın kənd təsərrüfatı mallarına dövlət nəzarəti xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, xidmətin Moskva və Tula vilayətləri üzrə idarəsi Azərbaycandan gətirilən 18,7 ton süd məhsullarının rəsmiləşdirilməsini dayandırıb.
Veterinar yoxlama zamanı Azərbaycan veterinar sertifikatının xüsusi kağızın istifadə olunmadığı blankda, nişanların və digər müdafiə dərəcələrinin olmadan hazırlandığı aşkar edilib.
Saxlanılan yük təcrid edilmiş müvəqqəti saxlama yerinə yerləşdirlib.
///Oxu.az

OXŞAR XƏBƏRLƏR