Azərbaycan gimnastları Portuqaliyanın Kantanhede şəhərində aerobika gimnastikası üzrə keçirilən 12-ci "Cantanhede International Open Competition 2024” beynəlxalq turnirində ikinci yeri tutublar.
Bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
Xədicə Quliyeva, Arzu Ağayeva və Leyla Bejanovadan ibarət heyət gümüş medal qazanıb.