Azərbaycan güləşçiləri daha bir olimpiya lisenziyası qazandılar

İDMAN
01:37 14.09.2011
1759
Yunan-Roma güləşi üzrə İstanbulda keçirilən dünya çempionatının ikinci günü Azərbaycan ikinci olimpiya lisenziyasını qazanıbr. Onun sahibi Saman Təhmasibi (84 kiloqram) olub.İdmançımızın dörddə bir finalda məğlubiyyətinə baxmayaraq, onun olimpiya lisenziyası qazanmaq imkanı yaranıb. Belə ki, Azərbaycan güləşçisinin Belarusdan olan rəqibi Albert Səlimov finala çıxıb.İlk görüşdə Təhmasibi Janarbek Kenjeyevi (Qırğızıstan) məğlub etmiş, sonra isə Nenada Zuqaja (Xorvatiya) qalib gəlmişdir. Bu qələbə ona olimpiya lisenziyası gətiribr. Yarışdan sonra məlum olub ki, idmançımız zədə almış və üçüncü yer uğrunda mübarizə apara bilməyib.

OXŞAR XƏBƏRLƏR