Azərbaycan güləşçiləri Las Veqasda məşqə çıxıb - FOTO + VİDEO

Azərbaycan güləşçiləri Las Veqasda məşqə çıxıb -  FOTO + VİDEO
İDMAN
12:42 02.09.2015
1509

Sərbəst, yunan-Roma və qadın güləş üzrə Azərbaycan yığma komandaları ABŞ-ın Las Veqas şəhərində dünya çempionatına hazırlıqlarını davam etdirir.

AZXƏBƏR.COM xəbər verir ki, "Report"un Azərbaycan Güləş Federasiyasının saytına istinadən verdiyi məlumata görə, pəhləvanlar dünən axşam saatlarında məşqə çıxıb.

Çempionatın proqramına əsasən, ilk olaraq, sentyabrın 7-də66, 75 və 98 kq çəkidə yunan-Roma güləşçiləri mübarizəyə başlayacaq.

Qeyd edək ki, dünya çempionatına sentyabrın 12-də yekun vurulacaq.

OXŞAR XƏBƏRLƏR