Azərbaycan güləşçisi gümüş medal əldə edib

İDMAN
23:28 24.09.2023
202

Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında gümüş medal qazanıb.

63 kq çəki dərəcəsində çıxış edən idmançı finalda Gürcüstan təmsilçisi Leri Abuladzeyə uduzub.

Bu gün həmçinin Həsrət Cəfərov da qızıl medal uğrunda qarşılaşmaya çıxacaq.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq), Rafiq Hüseynov (82 kq) qızıl, Sənan Süleymanov (77 kq) gümüş, sərbəst güləşçilərdən isə Osman Nurməhəmmədov (92 kq) və Maqomedxan Maqomedov (97 kq) gümüş medal qazanıblar. Sənan Süleymanov, Həsrət Cəfərov və Maqomedxan Maqomedov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya da əldə ediblər.

OXŞAR XƏBƏRLƏR