"Azərbaycan günahsız insanların qətlə yetirilməsinə qarşıdır" - Mehriban Əliyeva

"Azərbaycan günahsız insanların qətlə yetirilməsinə qarşıdır" - Mehriban Əliyeva
SOSİAL
10:03 06.07.2017
5255
"Azərbaycan erməni işğalına, günahsız insanların qətlə yetirilməsinə qarşıdır!” 
 
APA-nın xəbərinə görə, bunu birinci vitse-prezident Mehriban Əliyeva özünün "twitter” bloqunda yazıb. Mehriban Əliyeva "Allah balaca Zəhraya və bütün şəhidlərimizə rəhmət eləsin!” – deyə, qeyd edib.

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.
 
Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.
 
1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.
 
OXŞAR XƏBƏRLƏR