Azərbaycan həqiqətləri: Astanadan dünyaya...

Azərbaycan həqiqətləri: Astanadan dünyaya...
Siyasət
14:18 14.10.2022
301
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva

Prezident İlham Əliyev oktyabrın 13-də qardaş Qazaxıstanın paytaxtı Astana şəhərində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Vl Zirvə Toplantısının plenar iclasında çıxış etdi. Prezidentin çıxışı 29 ölkə təmsilçisinə biləvasitə, KİV-lər üzərindən isə onlarla ölkəyə Azərbaycanın Asiyada (ümumən dünyda!) qarşılıqlı fəaliyyət, isbirliyi, sülh və  etimada dair köklü, etibarlı baxışının, başqa sözlə, Azərbaycan həqiqətlərinin çatdırılması baxımından bir başqa önəm qazandı.

Onu vurğulayaq ki, Azərbaycan AQEM-in ilk üzvlərindəndir. Bu beynəlxalq platforma, qardaş Qazaxıstanın Asiyayada (Avrasiya və bütün dünyada!) barışcıl, güvənli gələcəkqurma işinə töhfəsidir. Bu, qazax qardaşlarımızın uğurlu bəşəri arayışlarından biridir. Və qardaş ölkənin Prezidenti avqustda Azərbaycana uğurlu səfər edib, çox önəmli sənədlər imzalanıb. Bax, Prezident İlham Əliyevin Astanaya səfəri, orada AQEM-in Zirvə Toplantısında iştirakı, çıxışı belə bir tarixcə və məzmunla dəstəklənir və xüsusi anlam daşımış olur. Prezident Əliyev qardaş ölkənin ideya müəllifi (və evsahibi) olduğu platformanı, qalib ölkənin rəhbəri olaraq yeni imkan və gerçəkləri paylaşmaq imkanı kimi də dəyərləndirdi.

Yəni iki il öncə - ll Qarabağ müharibəsində qazanılmış Qələbə nəticəsində Azərbaycan yalnız öz torpaqlarını Ermənistan işğalından azad etməyib, bölgəyə, Asiya-Avropa iqtisadi-ticari əlaqələrinə mühüm imkanlar qazandırıb:

"2022-ci ilin ilk doqquz ayı ərzində Azərbaycan ərazisindən keçən tranzit təxminən 65 faiz artıb.

Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına mühüm töhfələr verir. Azərbaycan Orta Dəhlizin önəmli hissəsini təşkil edəcək Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir".

Azərbaycanın haqlı mövqeyini, əldə etdiklərini, bölgəyə töhfələrini faktlarla və təsirli diplomatik üslubla şərh edən Prezident, erməni "faktlar"ının əsassızlığını, Ermənistanın ağ yalanlarını növbəti dəfə ifsa etdi. 

Erməni vandalizminə məruz qalmış ölkənin, xalqın rəhbəri Ermənistanın anti-Azərbaycan təbliğatına daha bir ağır zərbə vurdu. Bəli, biz başa düşürük ki, dünya erməniliyi, erməni havadarları uzun illərdir Azərbaycan əleyhində əsassız təbliğat aparıb, təsir dairəsinə saldıqları olub; biz bilirik ki, bu ilin 13 sentyabr sərhəd toqquşmasından sonra Azərbaycan əleyhinə əsassız təbliğat daha da güclənib; lakin Prezident Əliyevin Ağdam ("Azərbaycan Milli Şəhərsalma Forumu", 05.10.2022) və Astanada  (13.10.2022) - iki beynəlxalq tədbirdəki parlaq çıxışı erməni təbliğatının mahiyyətini (daha doğrusu, mahiyyətsizliyini!) ortaya qoymağa yetər. Həqiqətlərə kar, kor və lal olmağı məqsədyönlü siyasətə çevirmişləri bu məqamda bir qırağa qoysaq, Ağdam və Astana çıxışlarını dinləmiş heç kəsi Ermənistanın qazanma şansı yoxdur. - Prezidentin azad edilmiş ərazilərdəki kütləvi məzarlıqlara - ermənilərin işgəncə ilə öldurdüyü azərbaycanlı əsir və girovların acı taleyinə, Ermənistanın Azərbaycan ərazisində bir milyondan çox (!) mina basdırmasına diqqət çəkməsi, dünya  erməniliyinin, erməni havadarlarının arqumentsiz qalmasından ziyadə, nə üçün şər-böhtan kursu götürduklərini çılpaq şəkildə  üzə çıxarır... - "İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır".

Prezident Azərbaycanın ədalətin, sülhün və məhz ədalətli sülhün tərəfdarı olduğunu bir daha bəyan etdi. Məşhur "Bizim sözümüz imzamız qədər keçərlidir" kəlamının müəllifi olan dövlət başçısı Astanadan Asiyaya, Avrasiyaya və dünyaya bir daha duyurdu:

"Ermənistan tərəfindən törədilmiş etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlının 30 il ərzində əziyyət çəkməsinə, misli görünməmiş vəhşiliyə, yüzlərlə şəhər və kəndimizin dağıdılmasına baxmayaraq, Azərbaycan Ermənistana qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh sazişi imzalamağı təklif edib".

Qalib ölkə ədalətli sülh təklifində bulunursa, buna qarşı hansısa "müdafiə" və imtina arqumenti tapmaq mümkünmü?..

DÖVLƏTİMİZ VAR OLSUN!

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Roma Papası dindarlara səsləndi: "Bütün münaqişələrin sonlanması üçün dua edin"
14:21 20.08.2025
Roma Papası dindarlara səsləndi: "Bütün münaqişələrin sonlanması üçün dua edin"
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib - 6 vəkilə xəbərdarlıq edildi
14:20 20.08.2025
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib - 6 vəkilə xəbərdarlıq edildi
İlham Əliyev və Mehriban Əliyeva Gəncə şəhərində olublar
14:19 20.08.2025
İlham Əliyev və Mehriban Əliyeva Gəncə şəhərində olublar
İstanbulda 20-ci Qızıl Uğur Mükafatları tədim olundu – Aqil Ələsgər mükafata layiq görüldü
14:17 20.08.2025
İstanbulda 20-ci Qızıl Uğur Mükafatları tədim olundu – Aqil Ələsgər mükafata layiq görüldü
"ABŞ sülh sazişini dəstəkləmək üçün Ukraynaya havadan dəstək verə bilər" - Tramp
14:12 20.08.2025
"ABŞ sülh sazişini dəstəkləmək üçün Ukraynaya havadan dəstək verə bilər" - Tramp
Bu ölkədə 10 il ərzində 12 dəfə yolu bağlayan şəxs həbs edildi
14:05 20.08.2025
Bu ölkədə 10 il ərzində 12 dəfə yolu bağlayan şəxs həbs edildi
Ruhlara toxunan insan: 21 avqust - Rəşad Məcidin doğum günüdür!
13:56 20.08.2025
Ruhlara toxunan insan: 21 avqust - Rəşad Məcidin doğum günüdür!
Təhsilimizdə tənqid və islahat: harada haqlıyıq, harada haqsız?
13:54 20.08.2025
Təhsilimizdə tənqid və islahat: harada haqlıyıq, harada haqsız?
Azərbaycan hindistanlı kriminal avtoriteti ölkəsinə ekstradisiya edəcək
13:52 20.08.2025
Azərbaycan hindistanlı kriminal avtoriteti ölkəsinə ekstradisiya edəcək
Keyfiyyətsiz dolğu və botoksun insana hansı zərərləri var?  - Kosmetoloq açıqladı
13:50 20.08.2025
Keyfiyyətsiz dolğu və botoksun insana hansı zərərləri var? - Kosmetoloq açıqladı
İranın müdafiə naziri: İsrail müharibəsindən sonra yeni raketlər istehsal etdik
13:27 20.08.2025
İranın müdafiə naziri: İsrail müharibəsindən sonra yeni raketlər istehsal etdik
Məşhur müğənni "Qarabağ"ı dəstəkləmək üçün Budapeştə getdi - FOTOLAR
13:17 20.08.2025
Məşhur müğənni "Qarabağ"ı dəstəkləmək üçün Budapeştə getdi - FOTOLAR
Sabah yağış yağacaq, şimşək çaxacaq
13:09 20.08.2025
Sabah yağış yağacaq, şimşək çaxacaq
Birbank Biznes-də dostluq qazandırır
12:53 20.08.2025
Birbank Biznes-də dostluq qazandırır
"Nəriman Axundzadə yaxşı futbolçudur" - Aqil Abbas
12:44 20.08.2025
"Nəriman Axundzadə yaxşı futbolçudur" - Aqil Abbas
Lukaşenko: İran və Belarus arasında heç bir həllolunmaz problem yoxdur
12:36 20.08.2025
Lukaşenko: İran və Belarus arasında heç bir həllolunmaz problem yoxdur