Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır

Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır
SİYASƏT
11:20 13.02.2023
331
Qardaş Türkiyədə 6 Fevral 2023-cü il tarixində baş vermiş zəlzələ fəsadlarına görə tarixin ən böyük fəlakətlərindən hesab oluna bilər. Episentri Kahramanmaraş olmaqla 10 vilayətdə baş verən zəlzələ güclü dağıntılara səbəb olmuşdur. Nəticədə isə minlərlə insan həyatını itirmiş, on minlərlə insan dağıntılar arasında qalaraq ciddi xəsarətlər almışdır. Zəlzələ baş vermiş ərazilərdə demək olar ki,həyat iflic vəziyyətə düşmüşdür. Böyük təbii fəlakətlə üz-üzə qalan qardaş Türkiyə xalqı demək olar ki, tarixin ən çətin və ağır günlərini yaşayır. Türk xalqının yaşadığı bu fəlakəti Azərbaycan xalqı bütün varlığı ilə duyur və onlarla bərabər bu acını çəkir.

Zəlzələdən dərhal sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib və bu ağır məqamda Azərbaycanın qardaş Türkiyəyə hər cür yardım göstərməyə hazır olduğunu bildirib. Dövlətimizin başçısı Türkiyənin Bakıdakı səfirliyini ziyarət etmişdir.Baş vermiş faciənin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Azərbaycandan Türkiyəyə genişmiqyaslı yardıma başlanılıb. Heydər Əliyev Fondundan zəlzələ bölgəsinə yardımlar göndərilmişdir. Elə ilk günlərdən Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarının həyata keçirilməsi üçün qardaş Türkiyəyə yollanmışlar.

Bütün yerli şirkətlər, dövlət qurumları, yerli idarəetmə orqanları, QHT-lər və xalq demək olar ki, bir nəfərə kimi hər kəs Türk xalqına dəstək məqsədi ilə genişmiqyaslı yardım kompaniyasında canla-başla iştirak edir. Sadə xalqın göz yaşı, iç acısı ilə əlindən gələni əsirgəmədən yardımlarını izləmək insanı həm də qürur göz yaşlarına boğur. Prezident İlham Əliyevin dediyi kimi:-"Azərbaycan xalqı könüllü olaraq öz dogma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə varsa gətirir".

Azərbaycan xalqı bu çətin günlərdə qardaş qardaş Türk xalqının acısına şərik olur, dəstəyini əsirgəmir. Üzümüzü tutub Sizə deyirik, əziz qardaşlar:

Eşidincə ata yurdda dəprəmi,

Axdı yaşım, döndü başım, Türkiyə.

Hər dəmimin, hər qəmimin ortağı,

Can qardaşım, qan qardaşım, Türkiyə.

Yaşasın Azərbaycan! Var olsun Türkiyə!

Xatirə İsmayılova
Şəhid Elçin Həsənlinin anası,
Abşeron RİH yanında İctimai Şuranın sədri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranda Yeni Ali Lider seçildi: "Sosial problemlər artacaq, etiraz aksiyaları mümkündür”
14:31 10.03.2026
İranda Yeni Ali Lider seçildi: "Sosial problemlər artacaq, etiraz aksiyaları mümkündür”
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
14:25 10.03.2026
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
Bayram namazı nə vaxt qılınacaq?
14:15 10.03.2026
Bayram namazı nə vaxt qılınacaq?
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
14:07 10.03.2026
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
14:00 10.03.2026
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
13:53 10.03.2026
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
13:50 10.03.2026
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
13:35 10.03.2026
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
13:28 10.03.2026
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
13:17 10.03.2026
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
Aygün Kazımova "Nərgiz" jurnalının üz qabığında - Fotolar
13:16 10.03.2026
Aygün Kazımova "Nərgiz" jurnalının üz qabığında - Fotolar
"Xanəndələrin bəziləri mahnı oxuya bilmir" - Əməkdar artist
13:11 10.03.2026
"Xanəndələrin bəziləri mahnı oxuya bilmir" - Əməkdar artist
Məhkəmədən Rəqsanə İsmayılova barəsində YENİ QƏRAR
13:06 10.03.2026
Məhkəmədən Rəqsanə İsmayılova barəsində YENİ QƏRAR
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
13:03 10.03.2026
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
Rusiyada hicabla bağlı bu qadağa ləğv olundu
12:58 10.03.2026
Rusiyada hicabla bağlı bu qadağa ləğv olundu
Lerikdə 20 kiloqram narkotik vasitə aşkarlandı
12:48 10.03.2026
Lerikdə 20 kiloqram narkotik vasitə aşkarlandı